vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
12:21 | 29 avqust 2024 | Cümə axşamı Məqaləyə 379 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yaponiyanı iflic edən Şanşan

Ölən və yaralananlar var

CAVİD

Yaponiyanı dağıdan “Şanşan” qasırğasının törətdiyi leysan yağışlar və torpaq sürüşməsi nəticəsində ilkin təsbitlərə görə 3 nəfər ölüb, 40 nəfər yaralanıb.

“Kyodo News”un məlumatına görə, Meteorologiya Agentliyi (JMA) rəsmiləri qasırğanın ölkənin cənubunda daha fəlakətli olduğunu bildirib. İlkin məlumatlara görə, güclü yağış və küləyin baş verdiyi Kaqoşima, Kumamoto və Miyazaki əyalətlərində 40 nəfərin yaralandığı bildirilib.

Səlahiyyətlilər tayfun səbəbiylə Aiçi əyalətində baş verən sürüşmədə 3 nəfərin həyatını itirdiyini açıqlayıb və bölgə sakinlərinə baş verə biləcək təbii fəlakətlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib. Səlahiyyətlilər bəzi bölgələrdə qatarların və reyslərin ləğv edildiyini, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyini bildirilib.

JMA dünən Şanşan tayfunu səbəbiylə Kaqoşima bölgəsi üçün təcili xəbərdarlıq edib və tayfunun sürətinin saatda 250 kilometrə çatdığını açıqlayıb.

***

Bu arada Yaponiyada tayfun səbəbilə bəzi müəssisələrdə işlər dayandırılıb.

“Toyota” və “Nissan” kimi böyük avtomobil istehsalçıları fırtına səbəbindən yerli zavodlarında fəaliyyətini dayandırsa da, çip istehsalçısı “Renesas” dörd fabrikində istehsalı müvəqqəti olaraq dayandırmağa qərar verdi.

“ANA Holdings” və “Japan Airlines” daxil olmaqla hava yolları artıq 600-dən çox daxili reysin ləğv edildiyini açıqlayıb. Kyuşunun bir çox bölgələrində qatarların hərəkəti dayandırılıb.