vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
17:14 | 6 aprel 2014 | Bazar Məqaləyə 1384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ vətəndaşlarına xəbərdarlıq

Səfirlik sərhədlərin təhlükəsiz olmadığını bildirib

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın İraqda səfirliyi Amerika vətəndaşlarının İraqa səfərlərinə dair xəbərdarlıq edib.

Səfirliyin açıqladığı xəbərdarlıqda İraqda adam oğurlanması və zorakı terror aktları da daxil olmaqla, təhlükəsizliklə bağlı vəziyyətlə əlaqədar narahatlıq bildirilir. Xəbərdarlıqda ABŞ səfirliyinin Amerika vətəndaşlarının İraqda qarşılaşa biləcəyi vəziyyətlərdə fəaliyyət imkanlarının məhdud olduğu deyilir.

Səfirlik bu xəbərdarlığı Bağdadın beynəlxalq hava limanının qısa qülləli toplardan atəşə tutulmasından sonra verib.

ABŞ səfirliyi bildirib ki, paytaxt Bağdad da daxil olmaqla, İraqda bütünlüklə təhlükəsizliklə bağlı vəziyyətə görə Amerika vətəndaşlarına məhdud konsul xidmətləri göstərilə bilir.

Amerika vətəndaşlarının Suriya, Türkiyə və İranla sərhəd bölgələrə səfər etməməsilə bağlı xəbərdarlıq edilərək, bu regionların daha təhlükəli və sərhədlərin bəzi hallarda qeyri-müəyyən olduğu bildirilir.