«Həbslərin azaldığını görmürük»
Davud Turan: «Ruhani dönəmində də milli fəallara qarşı təzyiqlər davam edir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Güneydə millətçi olmayanı adam saymırlar
Yaxud İranı Amerika kimi danışdıran ermənilər
-
Cücərəcək!
Seçkilər güneylilərə milli ruh verdi, inam toxumları səpdi
-
Pezeşkiyanı çətin bir yol gözləyir
Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb
-
Pişəvərinin ölümü!
Yaxud erməni terroru yoxsa Sovet kəşfiyyatının əməliyyatı
-
Cənubi Azərbaycan düyünü ...
Dövlətin adını Şimali Azərbaycana dəyişmək bunu açacaqmı?
-
... “Səhər”in səsi
Məhəmməd Kazım Şəriətmədari haqda bir müsahibə ilə xırp kəsiləcək ...
-
Güneylilər Bakıda
Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri siyasi partiyalar və QHT-lərlə görüşəcək
-
Teatr işçiləri hicabdan imtina edib
“Şou bitəcək və həqiqət üzə çıxacaq”
-
Adı qalaya verilən sərkərdə
Milli qəhrəman Kazım Xan Quşçu kimdi?
-
Güneylə 90-cı illərin Quzeyi
Bugünkü müzakirə və gəlişmələr öz sözünü mütləq deyəcək
-
Güney Azərbaycanda fəlakət
Hirkan meşələri dördü gündür yanır
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Güneydə ümummilli aksiya təyin olundu
21 Azər hərəkatına hazırlıq gedir
-
Pezeşkiyan rejimə səsləndi
Təbrizli millət vəkili etirazçıların səsini eşitməyə çağırdı
Prezident Həsən Ruhani hökumətinin Qərblə konstruktiv əlaqələrin yaradılması səylərinə baxmayaraq, İran azərbaycanlıları onun seçki kampaniyası zamanı verdiyi vədlərə əməl etmədiyindən narazıdır. Güneyli fəallar ölkədə etnik azlıqlara qarşı ayrı-seçkilik siyasətinin davam etdirildiyini bildirir.
Azərbaycan Milli Dirəniş Təşkilatının
sədri Davud Turan Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında milli
fəalların mədəni hüquqlar uğrunda mübarizəsi, Urmiya gölündə ekoloji vəziyyət
və prezident Həsən Ruhani hökumətinin etnik azlıqlara təzyiqlərindən danışıb.
Davud Turan prezident Ruhaninin seçki
kampaniyası zamanı verdiyi vədlərə baxmayaraq, hakimiyyətdə olduğu bir il
müddətində bu vədlərə əməl olunmadığını bildirib. O, İranda insan hüquqlarının,
xüsusilə də etnik azlıqların haqlarının pozulması kimi ciddi problemlərin
qaldığını deyib.
Davud Turan Urmiya gölünün quruması
probleminə xüsusi diqqət çəkərək, Həsən Ruhani hökumətinin ekoloji vəziyyətlə
əlaqədar fəaliyyət göstərmədiyini bildirib.
«Həsən Ruhani Azərbaycan bölgəsinə
gəldiyi zamanı etnik qrupların öz ana dilində təhsil ala bilməsinə təmin
edəcəyini və hətta Azərbaycan dilində bir qurum təşkil ediləcəyini, əsas
problemlərdən biri olan Urmiya gölünün qurumasının qarşısını alacağını demişdi.
Lakin bu günə qədər bir addım atıldığını görmürük» - deyə Davud Turan bildirib.
O, azərbaycanlı milli-mədəni və siyasi
fəallara qarşı basqıların davam etdiyini, Beynəlxalq Ana Dili Günü milli
fəalların həbs edilib, hələ də Təbriz və Əhər şəhərlərində saxlandığını, eyni
zamanda, İran azərbaycanlılarının ana dilində kitab və qəzet nəşr etməsinə
məhdudiyyətlərin qoyulduğunu vurğulayıb.
Azərbaycan Milli Dirəniş Təşkilatının
sədri Azərbaycan fəallarının durumundan danışaraq, onlara uzunmüddətli həbs
cəzalarının verildiyini qeyd edib. Davud Turan prezident Həsən Ruhaninin
hakimiyyəti dönəmində azərbaycanlılarla yanaşı, İranda yaşayan digər etnik
qrupların üzvlərinin də təqiblər, həbslər və təzyiqlərlə qarşılaşdığını deyib.