vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
RƏY, REPLİKA  
01:09 | 16 aprel 2014 | Çərşənbə Məqaləyə 3046 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Soyundu birdən-birə...»

««Azerros» prezidenti telefonuna ingilis əlifbasıyla gələn mesajı «Soyun, Sadiqov» kimi anlayıb və lüt bədənlə qar üstündə poza verib»

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

«AzerRos» Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqov özünün «Facebook» səhifəsində yarıçılpaq şəklini paylaşıb.

Modern.az saytının məlumatına görə, şəkildə Söyün Sadıqov qarlı havada yarıçılpaq gəzməklə bədəninin soyuğa davamlı və möhkəm olduğunu nümayiş etdirib.

Amma bu foto barədə Vaxt.az-a tamam başqa bir məlumat daxil olub. Belə ki, Söyün Sadıqovun lüt bədənlə qar üstündə özünəməxsus pozada şəkil çəkdirməsi bir yanlışın nəticəsində baş verib. Mənbənin deməsinə görə, adı açıqlanmayan rəislərinin birindən «Azerros» prezidentinin telefonuna ingilis əlifbası ilə yazılmış mesaj gəlib. Mesajda «Söyün Sadıqov» müraciəti «Soyun Sadiqov» kimi yazıldığından hörmətli soydaşımız bunu növbəti tapşırıq kimi başa düşüb və bu addımı atıb. Necə deyərlər yanlış da bir naxışdır.

İqtisad elmləri namizədi, biznesmen, «AzerRos» Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin təsisçisi olan Söyün Sadıqov 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir. 1980-1981-ci illərdə DTK orqanlarında işləyib. Söyün Sadıqov 1981-ci ildən Moskvanın «Qlavmosremont» tikinti şirkətində çalışıb. Tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. 1986-cı ildən «Mosrekonstruksiya» şirkətinin direktor müavini vəzifəsində işləyib, 2000-ci ilə qədər isə həmin trestin rəhbəri olub. 1994-cü ildə fəxri memar adına layiq görülüb.

2002-ci ildən 2012-ci ildək «AzerRos» təşkilatının prezidenti olub.

Haqqındakı məlumatlara görə, 2005-ci ilin martında S.Sadıqova sui-qəsd olub, ofisinin yaxınlığında killer onun avtomobilinə avtomatdan atəş açıb. Nəticədə iş adamının sürücüsü yaralanıb, özünə heç nə olmayıb. 

S.Sadıqov Rusiyaya və Putinə sədaqətini 2008-ci ilin avqustunda Gürcüstana qarşı hərbi müdaxilə zamanı da göstərib. Rusiya aviasiyasının Gürcüstan şəhərlərini bombaladığı bir vaxtda Sadıqov münaqişəyə görə Saakaşvilini günahkar elan edib və deyib ki, onun hakimiyyəti gürcü xalqını «zombiləşdirib və dezinformasiya içərisində saxlayır».

Sadıqov Saakaşvili hakimiyyətinə qarşı sonralar da öz fikirlərini səsləndirib, deyib ki, Rusiyanın Gürcüstanla problemlərinin kökündə Saakaşvili dayanır və o, hakimiyyətdən getməlidir.

Hazırda Söyün Sadıqov Rusiya və digər ölkələrin xarici tikinti şirkətlərinin məsləhətçisidir. 

S.Sadıqovun iki oğlu və iki qızı var.