vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TÜRK DÜNYASI  
09:25 | 16 aprel 2014 | Çərşənbə Məqaləyə 1604 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ərdoğanın iddiası rədd edildi

Hakim «əsassız görülən iddianın rəddinə» qərar verdiyini bildirib

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin baş naziri Ərdoğanın məhkəmə iddiası rədd edilib. ANS PRESS-in xəbərinə görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədəki «Xalq TV»yə qarşı etdiyi məhkəmə şikayəti rədd edilib.

«Duman» qrupunun «Rəzil» adlı mahnısından və Ərdoğanın şəkillərindən hazırlanmış klipi yayımlayan telekanala baş nazir tərəfindən onun şəxsiyyət hüquqlarını pozmaq səbəbilə məhkəmədə mənəvi təzminat iddiası qaldırılmışdı.

Ankara 14-cü Asliyə Hüquq Məhkəməsindəki prosesdə Ərdoğanın vəkilləri Əli Özkaya və Muammər Cemaloğlu ilə Xalq TV-nin vəkili Şükrü Evrim İnal iştirak edib.

Hakim Kenan Altıparmak vəkillərin son bəyanatlarını dinlədikdən sonra «əsassız görülən iddianın rəddinə» qərar verdiyini bildirib.

Qeyd edək ki, həmin klip Xalq TV-nin efirində 2013-cü il may ayının ortalarında nümayiş olunub. Ərdoğan da bu klipi özünə qarşı hüquq pozuntusu kimi qələmə verərək, kanalın müdirindən 60 min lirə təzminat tələb edirdi.