Azərbaycan NATO sammitində nə əldə etdi?
Prezident Ermənistan təcavüzü barədə çox aydın və birmənalı danışdı
Mirvari NƏCƏF
MÖVZU İLƏ ƏLAQƏLİ
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
NATO-dan İsveç və Finlandiyaya rəhbərlik təklifi
“Baltik dənizindən Arktikaya qədər Şimali Avropanın təhlükəsizliyini təmin etmək”
-
... “Silah, yoxsa yağ?”
Avropanın acı dilemması ...
-
Stoltenberqdən özünü tənqid
“NATO Ukrayna müharibəsinin qarşısını almaq üçün daha çox şey edə bilərdi”
-
“İntiqam yoluna qədəm qoyub”
“Qərb Ukrayna tipli müharibəyə hazırlıq üçün Asiyada ittifaqlar qurur”
-
Putindən Qərbə xəbərdarlıq
“Rusiyaya hücuma icazə vermək müharibəyə qoşulmaq deməkdir”
-
Stoltenberqə yeni vəzifə
Münhen Təhlükəsizlik Konfransının sədri ilk dəfə alman olmayacaq
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Vəziyyət ciddidir”
NATO-ya Rusiya xəbərdarlığı
-
Berlindən Moskvaya növbəti ittiham
“Rusiya hərbi kəşfiyyat bölməsi NATO ölkələrinə kiberhücumlar həyata keçirib”
-
Seçkidən 5 gün sonra yanğın
Saksoniya dağlarındakı yanğın əyalətə nə qədər ziyan vurub?
-
ABŞ ordusu neçə cəbhədə döyüşə bilər?
Müttəfiqləri öz müdafiələri barədə düşünməli, Pentqaona çox da bel bağlamamalıdır
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Stoltenberqdən Çinə çağırış
NATO-nun baş katib: “Rusiyaya dəstəyi dayandırın”
«Prezidentin NATO sammitindəki çıxışı onu göstərdi ki, biz yeni bir tribunadan səmərəli istifadə etməyi bacardıq».
Bu fikirləri AzVision.az-a politoloq Qabil Hüseynli prezident İlham Əliyevin Uelsdə NATO-nun sammitindəki çıxışını şərh edərkən bildirib. Ekspert hesab edir ki, Qarabağ problemini dünyaya çatdırmaq baxımından prezidentin çıxışı çox böyük əhəmiyyətə malikdir: »Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğan da deyib ki, həmin sammitdə Dağlıq Qarabağla bağlı məsələni qaldırmaq niyyətindədir. Və düşünürəm ki, bu problem nə qədər aktuallaşsa bir o qədər tez həll olunar».
Q.Hüseynli əlavə edib ki, Dağlı Qarabağ probleminin bu sammitdə qaldırılması NATO ölkələri tərəfindən rəğbətlə qarşılanacaq.
Politoloq həmçinin Azərbaycan prezidentinin NATO tribunasındakı çıxışının yerində olduğunu qeyd edib.
«Rusiya Dağlıq Qarabağ probleminin həllinə şərait yaratmır. Birtərəfli qaydada Ermənistanı müdafiə edir və Azərbaycanın qələbə çalmasına imkan vermir. Ona görə də, prezident İlham Əliyev məsələni yerində qaldırdı, Ermənistan təcavüzü barədə çox aydın və birmənalı danışdı, bu təcavüzün aradan qaldırılması, problemin beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsini oradakı iştirakçıların nəzərinə çatdırdı. Nəzərə alsaq ki, NATO sammiti hər il çağırılmır və tarixi bir sammitdir və orada 60 ölkənin nümayəndəsi çıxış edir, biz yeni tribunadan səmərəli istifadə etməyi bacardıq».
Qeyd edək ki, sentyabrın 4-də Uelsdə NATO-nun sammiti işə başlayıb. Sammitin açılışında çıxış edən prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətindən, 20 ilddən çoxdur həllini tapmayan Dağlıq Qarabağ problemindən söz açıb: «Ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir», - deyə prezident xüsusilə qeyd edib.