vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
TÜRK DÜNYASI  
15:59 | 10 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 1942 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ərdoğan, sən cavab verməli idin»

Baxçalı bayraq məsələsinə görə baş naziri yerdən-yerə vurdu

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ərdoğan, PKK üzvlərinin Türkiyə bayrağını endirməsinə görə hesab verməli olan şəxslər əsgərlər yox, sənsən!»


Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı PKK üzvlərinin Diyarbəkir 2-ci Hərbi-Hava Qüvvələri komandanlığında Türkiyə bayrağının endirilməsinə münasibət bildirərkən deyib.

«Diyarbəkirdə üzləri bağlı bir qrup PKK-çı Hərbi-Hava Qüvvələri komandanlığının ərazisində olan bayrağımızı endirib» deyən D.Baxçalı buna görə hesab verməli olan şəxsin baş nazir Rəcəb Tayyib Ərdoğan olduğunu söyləyib: «Bayraq dirəyinə çıxaraq şəhidimizin əmanətini, varlığımızın nişanəsini şərəfsizcəsinə endiriblər. Endirilən bayraq PKK-çılar tərəfindən yerlərdə sürüdüldü. Ərdoğan, səndən soruşuram: «Əsgər və zabitlər bunun hesabını verəcək» deyirsə, ən böyük hesabı sən verməlisən».

«Bayraq düşərsə, vətən düşər» deyər MHP lideri bayrağın endirilməsinə icazə vermiş əsgər və zabitlərlə bağlı da sərt ifadələr işlədib: «Bayraq düşərkən bir həssas, halal loxma yemiş, ürəyi vətən və bayraq sevgisi ilə döyünən bir əsgər çıxıb həmin şərəfsizlərə niyə cavab vermədi? Türk bayrağını qorumaqda aciz olan əsgər və zabitlər harada idi?»

D.Baxçalı Diyarbəkir 2-ci Hərbi-Hava Qüvvələri komandirinin və baş qərargah rəisinin istefa verməsini də tələb edib.