Qalib kimdir, məğlub kim?
Türkiyə bələdiyyə seçkilərinə sözardı...
Elxan ŞAHİNOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Türkiyədə 31 martda keçirilən bələdiyyə seçkilərinin ən böyük sürprizi hakim Ədalət və İnkişaf Partiyasının İstanbulda cüzi fərqlə olsa belə məğlubiyyətlə üzləşməsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul uğrunda var gücüylə yarışırdı. Bu səbəbsiz deyil. İstanbul hər mənada Türkiyənin yarısı deməkdir. Buna görə də Ərdoğan gün ərzində İstanbulda o mitinqdən bu mitinqə tələsir, namizədi Binəli İldırımın qələbəsinə çalışırdı. Olmadı. Üstəlik Ankara da əldən getdi. Bu gələcəkdə Əroğana müəyyən problemlər yaradacaq. Çünki Ərdoğanın İstanbulla bağlı böyük layihələri var idi. Bu layihələri İstanbulun CHP bələdiyyə başçısı ilə reallaşdırmaq çətin olacaq.
Buna baxmayaraq, AKP ilə MHP ittifaqı say etibarilə bələdiyyələrin çoxunda qələbə qazandı. Kürdlərin yaşadıqları bölgələrdə PKK-nın siyasi qanadı sayılan HDP-nin az səs toplaması AKP-nin uğuru sayıla bilər. Məsələn Şirnak 1990-ci illərdən bu yana PKK uzantılarının qalası sayılırdı. Şirnakda AKP-nin namizədi HDP namizədi üzərində böyük fərqlə qələbə çaldı. Bunun səbəbi odur ki, kürdlərin yaşadıqları bölgələrə qəyyum bələdiyyə başçıları təyin olunmuşdular. Onlar yerli insanların dəstəyini qazanmaq üçün çox iş gördülər və bununla kürdlərin inamını qazandılar. O da sübut olundu ki, bələdiyyələr yaxşı işlədikləri halda kürdlər yaxşı bələdiyyə başçısını PKK uzantılarından üstün tuturlar.
Bələdiyyə seçkisində MHP-nin həm AKP ilə birgə, həm də ayrılıqda uğur qazandığını söyləmək olar. CHP ilə koalisiyada olan İyi Parti isə uğur qazanmadı. CHP ilə koalisiyada olan Səadət Partiyası da xüsusi fəallığı ilə seçilə bilmədi. AKP və MHP koalisiyası ilə mübarizədə bütün yük CHP-nin üzərində qaldı. Buna rəğmən, hazırda Türkiyənin siyasi sistemində iki qütb formalaşıb. Birinci qütbdə AKP və MHP koalisiyası yer alıb, ikinci qütb CHP ətrafında formalaşıb. Ancaq bunu iki partiyalı siyasi sistem adlandırmaq olmaz. Çünki birinci qütb sağçı və millətçi qüvvələrin birliyidirsə, ikinci qütbdə sollar, sağlar, dinçilər, hətta PKK uzantıları yer alıb. Sonuncu ilə bağlı onu demək lazımdır ki, Türkiyədəki kürdlərin səsləri parçalanıb. Əgər 2000-ci illərdən başlayaraq kürdlərin səsləri PKK-nın siyasi qanadları ilə AKP arasında bölünürdüsə, bu bələdiyyə seçkilərində uzun illərdən sonra CHP-yə da ciddi pay çatdı. Məsələn CHP-nin Ankara və İstanbuldakı uğurunun arxasında bu şəhərlərdə yaşayan kürdlərin səsləri də əhəmiyyətli rol oynadı. Halbuki, keçmiş illərdə bu şəhərlərdə kürdlərin səslərinin əsas hissəsi AKP-nin payına düşürdü. Görünür, AKP-nin millətçi MHP ilə koalisiyası kürdlərin bir hissəsinin səsinin hakim partiyadan qopmasına səbəb olub.
Bələdiyyə seçkilərinin nəticələri AKP-yə və Ərdoğana ciddi mesaj idi. Türkiyədə növbəti seçki 4 ildən sonra keçiriləcək. Ancaq bu müddətdə hakim partiya üçün çətin olacaq. Böyük şəhərləri itirən AKP reytinqinin yenidən yüksəlməsi üçün var gücüylə çalışmalıdır. Türkiyə iqtisadiyyatındakı çalxalanmalar və inflyasiya seçicilərin hakim partiyadan qaçışını gücləndirə bilər. Ona görə də hakim partiya və Ərdoğan qarşısında dayanan əsas vəzifə iqtisadiyyatda və sosial problemlərin həllində ciddi dönüş yaratmaqdır. Əks halda birləşən müxalifət gücünü artırmaqda davam edəcək.
Türkiyədəki bələdiyyə seçkiləri Azərbaycanda diqqətlə müşahidə edildi. Birincisi, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Ona görə də Türkiyədə bələdiyyə seçkilərində hansı siyasi qrupların qələbə qazanması Azərbaycan üçün əhəmiyyətlidir. Çünki bir gün həmin güclər parlamentdə və prezident seçkilərində də uğur qazana bilərlər. İkincisi, Türkiyədəki mövcud bələdiyyə sisteminin və statusunun öyrənilməsinə və gələcəkdə Azərbaycanda tətbiqinə ehtiyac var. Azərbaycanda da bu il bələdiyyə seçkiləri keçiriləcək. Ancaq Türkiyədən fərqli olaraq Azərbaycandakı bələdiyyə seçkilərinə maraq azdır. Bu durumu dəyişmək və idarəetmədən kənar qalan müxtəlif siyasi qrupların bələdiyyə seçkilərində iştirakını təmin etmək Azərbaycan üçün də vacibdir.