AKP, CHP, MHP, «İyi Parti»
Türkiyədə kimi dəstəkləyək?
Fazil MUSTAFA,
Milli Məclisin üzvü
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bayramdan sonrakı Türkiyə
Siyasətdə yeni oyun planı hazırlanır, Ərdoğan, Gül və Kılıçdaroğlu ...
-
23 iyundan sonrakı Türkiyə
AKP niyə məğlub oldu, yaxud İmamoğlu fenomeni və yeni CHP
-
“Onlardan inciməyim, kimdən inciyim?”
Ərdoğandan AKP-dən istefa verən Babacanla bağlı ilginc açıqlamalar
-
AKP və Ərdoğan üçün yeni sınaq
Əli Babacan partiya yaradır, bəs Davudoğlu nə edəcək?
-
“İstanbulu qazanan Türkiyəni qazanar”
Türkiyədə AKP idarəçiliyi sona çatır, yoxsa...?
-
İmamoğlu sabah işə başlayır
Bəs Binəli İldırım?
-
İqtidar dəyişməsə, seçici onu dəyişdirəcək
İstanbul seçkisindən sonra ilk isti şərhlər
-
“Bu bir başlanğıcdır”
“İmamoğlu Ərdoğanın bacara bilmədiyini edib”
-
Əzici qələbənin müzakirəsi
Türkiyədəki bələdiyyə seçkiləri dünya mediasının gündəmində
-
“Oyun hələ bitməyib”
AKP İmamoğlunun seçkidə qələbəsini həzm edə biləcəkmi?
-
Bu dəfə 1 milyona yaxın fərqlə
İmamoğlu İstanbulu yenidən qazandı
-
Bu seçkidə kim uddu, kim uduzdu?
İmamoğlu-İldırım debatında kim ziyanlı çıxdı
-
İstanbul kimin olacaq?
İldırım və İmamoğlunun savaş kimi debatı
-
Natiqliyin sonu ...
Ərdoğan və Bahçeli niyə İstanbulda görünmür?
-
“Türkiyə ittifaqı” alınmadı…
Türk seçici mağdur siyasətçiləri sevir
-
Türkiyədə seçki xaosu
Yüksək Seçki Komissiyası İstanbul uğrunda çəkişməyə nöqtə qoymaq üçün toplanır
Türkiyəmizin içində, çölündə olub-bitənlər bizi ya sevindirir, ya da rahatsız edir. Özümüzə aid duyğuları bir çoxlarımız səmimi şəkildə Türkiyə üçün də yaşayırıq. Bu səmimi yaşantımız da böyük ehtimalla Türkiyənin Azərbaycan üçün önəmini, mahiyyətini anlamaqdan irəli gəlir. Bir məsələdə isə Türkiyəyə həssas yanaşanlardan xeyli fərqli düşüncədə olduğumu sezirəm. Bəlkə də bu mühiti alt qatlarından başlayaraq nisbətən yaxşı çək-çevir etməyimdən qaynaqlanan bir duyum da ola bilir. Bəzən nəyə gülüb geçirəm? Kimsə Türkiyənin hansısa futbol komandasının azarkeşi kimi başqa bir azərbaycanlı rəqib komandanın azarkeşi ilə mübahisə edəndə. Bir azərbaycanlı fənərli digər azərbaycanlı qalatasaraylının az qalır başını yarsın. Daha nəyə gülüb keçirəm? Kimsə CHP və ya MHP təəssübkeşi kimi AKP-ni qaralayanda. Yaxud da kimsə AKP fədaisi kimi solçulara sataşanda. Hələ Azərbaycanda yüzlərlə insanı eşidirəm ki, qapısının ağzına zibil tökmüş qonşusundan çox Türkiyə prezidenti Ərdoğana nifrət edir. Digəri ağzını açan kimi Türkiyənin qaranlığa gömüldüyündən danışmağı sevir. Başqa birisi Ərdoğanı yerə-göyə sığdırmır, kişi adamdır deyir, başqa türk siyasətçilərini düşmən obrazında görür. Bu cür müxtəlif rəylərin olması əlbəttə, təbii sayılmalıdır, fikir, mövqe plüralizmi deyilən nəsnə təqribən elə budur.
Ancaq sözümün canı başqa yerdədir. Ötən günlərdə Türkiyədə yeni bir partiya yarandı. Həm də böyük səs- küylə. Əlbəttə, kimsə öz partiyasını «Pis partiya» adlandırmaz, yaxud da «Qara partiya» adıyla heç çağırmaz. Ya «yaxşı», ya «ağ», ya «doğru» və ya «ədalət» adlarından biri seçilməlidir. Onlar da yıpranmış bütün adların üzərindən adlayaraq hamının rahat tələffüz edəcəyi «iyi» sözünün üzərində dayanıblar və adlarını «İyi Parti» qoyublar. Proqramları ilə tanış oldum, toplantılarındakı çıxışlarla, saytlardakı şərhlərlə tanış oldum. Qurucuları içində şəxsən tanıdığım və xeyli tanımadığım simalar var. Vaxtilə Türkiyədə gəlib-keçmiş əksər partiyalar kimi ənənəçiliyə, populist çağırışlara sahib sağ partiya olduğu anlaşılır. Yeni mesajlar yoxdur, daha çox mövcud AKP iqtidarının antitezisi üzərində formalaşdığı sezilir. Yeni simalar da diqqət çəkmir, başqa partiyalardakı istənməyən adamlardan ibarət bir kadrlaşma aydın görünür. Partiya başqanının da tutucu bir vizyon adamı olduğunu söyləmək çətindir. Bunun əlbəttə, müsbət tərəfləri var, çünki, bu günkü Türkiyədə təqribən Özal təfəkkürünə sahib, ideoloji cinahlardan hansısa birinə özünü ithaf etməmiş siyasi liderlərə daha çox ehtiyac duyulmaqdadır. Ancaq Meral Akşener Özal tutumlu və masştablı siyasi lider olmağa yaxın görünmür. Bununla belə, Türkiyə cəmiyyətində AKP-yə ciddi bir alternativ partiyanın ortaya çıxdığını söyləmək olar. Bu partiyanın doğuşu Anadolu türkcəsində deyildiyi kimi, Türkiyəmiz üçün iyimi olacaq, kötümü, məhz bu sualı cavablandırmazdan öncə bir haşiyə çıxmağı qaçınılmaz, zəruri hesab edirəm.
Baxırsan ki, sosial şəbəkədə Azərbaycanda olan bəzi dostlarımız tərəfindən də, tanımadığımız insanlar tərəfindən də Məral Akşenerin ABŞ-ın yeni layihəsi olduğuna eyham vuran, FETO-çu olduğuna işarə edilən rəsimli paylaşımlar edirlər. Əlbəttə, hər kəsin Azərbaycan vətəndaşı olsa belə, Türkiyədəki siyasi qüvvələrdən hansısa birinə simpatiyasını bildirməyə, xoşlamadığı liderlərə, partiyalara, görüşlərə qarşı əks təbliğat aparma haqqına irad bildirmək niyyətimiz yox. Sadəcə öz düşüncələrimizi açıqlamağı uyğun görürük ki, gələcəkdə ən azı ehtimallarımızın yanılmasına bariz şəkildə yol verməyək. Xatırlayıram ki, biz 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi olaraq iqtidara gələndə millətçilik ideologiyası ilə düşüncəsi yüklənmiş cəbhəçilərin böyük əksəriyyətində Türkiyə deyəndə göz önünüə əsasən Alparslan Türkeş obrazı gəlirdi. Düşünürdük ki, ondan və milliyyətçi hərəkat partiyasının üzvlərindən başqa Türkiyəni içdən sevən kimsə yoxdur. Sonra az-çox simpatiyamız Azərbaycana münasibətinə görə Özala və Kiprin quzeyini işğaldan azad etdiyinə görə Ecevitə, Azərbaycanla bağlı səmimi deyimlərinə görə Möhsün Yazıçıoğluna yönəlməyə başladı. Ancaq bütövlükdə solçular bizim üçün Türkiyənin düşmənləri, o zamanki islamçı görüşlərin lideri sayılan Nəciməddin Ərbakan isə Türkiyəni Ərəbistanın qaranlıq aurasına soxacaq bir lider kimi tanınırdı. Xalq Cəhhəsinin lideri Əbülfəz Elçibəyin də bu yöndə çağırışları və münasibətləri təbii olaraq bizim üzərimizdən də təsirsiz ötüşməmişdi.
Qismət oldu, bir neçə il Türkiyədə mərhum Əbülfəz Elçibəyin özəl təmsilçisi kimi çalışdım, hər kəsimdən olan aydınlarla, siyasətçilərlə təmasım, münasibətim və müzakirələrim oldu. O zamandan özüm üçün anladım ki, mən və yaxud başqa bir azərbaycanlı Türkiyəni Dəmirəlin, Türkeşin, Ecevitin, Baykalın, Çillərin, Yazıçıoğlunun, Ərbakanın və başqa birisinin sevdiyi qədər sevmək imkanına sahib deyiləm. Ən azı bu ölkənin taleyini onlar qədər düşünmə, onlar qədər bu ölkəni tanıma qabiliyyətim olmayacaq. Necə ki, bu gün ha fədakarlıqdan danışsam da, Türkiyəni nə Ərdoğan, nə Kılıcdaroğlu, nə Baxçalı, nə də Meral Akşener qədər dəyərləndirmək, bu ölkənin təəssübünü çəkmək imkanına sahib deyiləm. Necə ki, onların heç birinin mənim qədər Azərbaycan sevməsi, onun taleyinə həssaslıq göstərməsi inandırıcı ola bilməz. Türkiyə siyasətində məni maraqlandıran əsas məsələ, bu şəxslərin Azərbaycana münasibətidir. Bu gün Ərdoğan da, Baxçalı da, Kılıcdaroğlu da, Meral Akşener də Azərbaycana öz sevgisini ifadə edirsə, Azərbaycana qardaş deyirlərsə, o zaman Türkiyənin iç siyasətində kiminsə tərəfini tutaraq başqasını qaralamağım mənəvi cəhətdən nə dərəcədə doğru sayıla bilər? Yenə də söyləyirəm, kimin üçünsə İslam dəyərləri prioritetdirsə, yaxud milliyətçi, solçu və ya liberal dəyərlərə üstünlük verirsə, o zaman simpatiyasını Türkiyədəki hansısa bu yönlərin birində boy göstərən liderə yönləndirə, onun fikir, düşüncə və davranışlarını təbliğ edə bilər. Ancaq Azərbaycana qarşı münasibətində ancaq sevgi və sayğı olan siyasətçilərin Türkiyənin iç siyasətindəki durumunu özlərinə buraxaq, onların qaralanması kampaniyasında iştirak etməyək. Biz hətta PKK-nı dəstəkləyən Demirtaşla bağlı da o zamana qədər sərt sözlər işlətmirdik ki, Azərbaycan əleyhinə düşməncəsinə mövqe sərgiləmirdi. Elə ki, açıqca ermənilərin separatçılığını dəstəkləməyə başladı, Azərbaycandan da külli nifrət qazanmış oldu. Yəni Türkiyə siyasətində Azərbaycan vətəndaşları üçün əsas meyar Azərbaycan dövlətinə, Azərbaycan xalqına münasibət məsələsi olmalıdır, məncə.
İndi İyi Partiyanın toplantısında Azərbaycan bayrağı dalğalanırsa, «Qarabağ!» şüarı əllərdə tutulursa, çalışaq ki, bunlar AKP-nin, CHP-nin, BBP-nin, MHP-nin də toplantılarıında da təkrar-təkrar gözə dəysin. Kimi iqtidara gətirər, kimi iqtidardan aparar, bunu artıq Türkiyə vətəndaşlarının iradəsinə buraxaq. Necə ki, müdriklərimiz gözəl demiş, onu bir az da məqsədimizə uyğun düzəldək: «Türkiyədə Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir!» Elə Azərbaycanda da hansısa vətəndaş Türkiyəyə dost kimi baxmasa belə, buna onun müstəqil baxışı kimi qiymət verərik, ancaq düşmən kimi baxan hər kəs heç şübhəsiz, bizim də düşmənimizdir! Çünki biz 1918-ci ildə bir millət olaraq xilasımız üçün qəhrəman Türk əsgərinə vəfa borcunu unutmayanların varisləriyik.
Anlaşıldımı indi Türkiyədə kimi dəstəkləməliyik?
AKP, CHP, MHP, «İyi Parti»
Türkiyədə kimi dəstəkləyək?
Fazil MUSTAFA,<br> Milli Məclisin üzvü