Yeniliyin qələbəsi
Əski düşüncələr də tarixin arxivinə verilir
Qan TURALI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Türkiyədə bələdiyyə seçkiləri AKP üçün əsl faciəyə çevrildi. Hərçənd rəy sorğuları bu nəticəni əvvəldən göstərirdi. Günü-gündən artan bahalılıq AKP-nin uğursuzluğunun əsas səbəbi də göstərilir. Bütün bu iqtisadi, siyasi səbəbləri kənara qoyaraq əsas etibarı ilə bir səbəbin üzərində fokuslanmaq istəyirəm.
AKP köhnə Türkiyəyə qarşı əzilənlərin səsi olmuşdu. AKP hakimiyyətinin ilk illərində liberal islahatlara meylləndi. Hətta mühafizəkar bir partiya kimi liberalların belə rəğbətini qazandı. Nazım Hikmətə vətəndaşlıq verməkdən tutmuş Kürd açılımına, oradan Avropa Birliyi ilə müzakirələrə qədər bir çox sahədə addım atdı.Lakin getdikcə AKP də “ankaralılaşmağa” başladı. Bürokratikləşdi, ilk illərin ovqatından uzaqlaşdı.
17 il siyasət üçün çox uzun bir dövrdür.
Bu illərdə dünyada və Türkiyədə çox şey dəyişdi.
Misal üçün, 2002-ci ildə sosial media belə yox idi. Bu mənada gənclər arasında
AKP öz populyarlığını sürətlə itirməyə başladı.
“Başörtülü bacım” ritorikası əvvəlki kimi işə yaramır.
Niyə görə?
Çünki bir zamanlar Türkiyədə başörtüsü problemi bir dövlət məsələsi halına gəlmişdi. Sonralar bu problem olmaqdan çıxdı.
“Gəzi parkı” hadisələri də göstərdi ki, əslində cəmiyyətdə dindar və dünyəvi insanlar arasında heç bir qarşıdurma yoxdur. Siyasətçilər bu qarşıdurmanı hər nə qədər körükləmək istəsələr də bu külləri göyə sovurmaqdan başqa bir işə yaramadı.
Türkiyə Avropanın ən çox gənc
populyasiya sahib ölkələrindən biridir. Dini münasibətindən asılı
olmayaraq mənə elə gəlir ki, türk cəmiyyəti getdikcə ideologiyasızlaşır. Bu həm
islam, həm də sol ideyaya aiddir.
Misal üçün, Türkiyə əhalisinin 70 faizə qədəri suriyalıların ölkəyə gəlməsinin əleyhinədir.
Dini baxışından asılı olmayaraq...
Hamı soğanın qiymətindən narahatdır. Kommunist olmağından asılı olmayaraq.
Xüsusilə də iqtisadi böhran dərinləşdikcə insanlar daha az dərəcədə ideoloji mübahisələrə maraq göstərirlər.
Bu kontekstdə də ölkəni qütbləşdirərək öz cinahının səsini qorumaq taktikası artıq səmərəsiz olmağa başlayıb.
Bəzi sosioloqlar bu mənada sosial medianın rolunu xüsusi qeyd edirlər.
Belə ki, əvvəllər insanlar adətən öz düşüncəsinə yaxın mövqenin qəzetini alır və digər mətbu orqanlardan xəbərdar olmurdu. Ona görə də onları manipulyasiya etmək daha asan idi.
Sosial media “bir qəzetli adamlar” hegemonluğuna və dolayısı ilə də ideoloji manipulyasiyalara son qoydu.
Nəticələr ortadadır, həm İstanbul həm də Ankaranın CHP-li namizədi siyasi və ideoloji mübahisələrə girmədilər. Mövcud iqtisadi və sosial vəziyyətdən danışıb səs istədilər. Öz layihə və planlarından danışdılar.
Misal üçün, Ankara bələdiyyə başqanı olan Mansur Yavaş keçmiş MHP-lidir.
Otağında çəkdirdiyi fotoda millətçilərin simvolu olan bozqurd işarəsi ilə poz verir. Bu indi heç kimi narahat etmir.
Hamı Mansur Yavaşdan iş gözləyir, uğur
gözləyir. Metro gözləyir, tıxacsız yollar, yaşıl parklar gözləyir.
Ya da İstanbul namizədi Əkrəm İmamoğlu...
Onun qələbəsi üçün təkcə CHP-lilər yox minlərlə bitərəf insan səfərbər oldu, seçki prosesində könüllü çalışmağa başladı.
AKP bu prosesi ya düzgün qiymətləndirə bilmədi, ya da faktiki olaraq xalqa verməyə vədi, deməyə sözü qalmadığı üçün ideoloji məzmunlu çıxışlara meylləndi.
Amma burda da bir xaotiklik vardı, belə ki, AKP-nin İzmir namizədi seçki prosesi boyunca rakı içməkdən danışdı.
Bir sözlə, hər şey öz əslinə qayıdır. Yeni düşüncə qalib gəlir.
Dövrün ruhuna uyğun siyasət yürüdənlərin qələbə çaldığı zamanda əski düşüncələr də tarixin arxivinə verilir.