«Əl çəkin böhtandan»
Zəlimxan Yaqubdan İlham Mirzəyevlə bağlı açıqlama...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Jurnalistləri buraxmayın»
İlham Mirzəyev məhkəmədə qəzəbləndi
-
Mirzəyevin həbsi uzadıldı
Nərimanov Məhkəməsi qərar verib
-
Müğənnilərdən Mirzəyevin həbsinə münasibət
Bəziləri bunu vacib saydı, bəzilərisə buna ehtiyac görmədi
-
Mirzəyev olayında «AST» izi
«O, ölkədəki siyasi vəziyyətə müdaxilə etmək barədə plan hazırlanmasında iştirak edib»
-
İlham Mirzəyev həbs olundu
«Space» kanalındakı «Etiraf» verilişinin aparıcısı dələduzluqda şübhəli blinir
-
ATV-nin aparıcısı «Facebook»u hədələdi
Teleaparıcı sosial şəbəkə ilə yanaşı 2 qəzeti də məhkəməyə verir
-
«İlham Mirzəyevlə bağlı heç bir yığıncaqda, heç bir tədbirdə, heç bir məhkəmədə iştirak etməmişəm».
Bunu aznews.az-a açıqlamasında xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub deyib. O, bu barədə yazılanların şayiə olduğunu bildirib: «Deyilənlər şayiədən savayı bir şey deyil. Əl çəkin bu böhtandan. Tamamilə yalan xəbərdir».
Xatırladaq ki, mətbuatda teleaparıcı və baxıcı İlham Mirzəyevin aprelin 12-də keçirilən məhkəmə prosesində aparıcının haqsız yerə həbs olunmasına etiraz olaraq xalq şairi Zəlimxan Yaqubun da iştirak etdiyini bildirən xəbər yer alıb.