vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏHKƏMƏ, İSTİNTAQ  
11:47 | 9 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2978 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Jurnalistləri buraxmayın»

İlham Mirzəyev məhkəmədə qəzəbləndi

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Nərimanov Rayon Məhkəməsində «Space» televiziyasının «Etiraf» verilişinin aparıcısı, dələduzluğa görə həbs edilən İlham Mirzəyevlə bağlı məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, prosesdə İlham Mirzəyevin anket məlumatları dəqiqləşdirildi.

Məhkəmə prosesində zərərçəkənlər Aynur Əhmədova, Zülfiyyə Əhmədova və Rəşad Daşdəmirov iştirak edirdilər.

Hakim Məzahir Sadıqovun sədrliyi ilə keçirilən məhkəmə prosesində İlham Mirzəyevin hüquqlarını vəkillər Xanlar Bayramov və İkram Abdullayev müdafiə edirdi.

İlham Mirzəyevin yeni vəkili olan İkram Abdullayev vəsatət qaldıraraq istintaq materialları ilə yaxından tanış olmadığı üçün məhkəmənin təxirə salınmasını istədi.

İlham Mirzəyev xəstə olduğunu, ona vurulan iynələrin hesabına prosesdə iştirak edə bildiyini əsas gətirərək məhkəmənin təxirə salınmasını istəmədi. Lakin hakim vəkilin vəsatətini təmin edərək prosesi təxirə saldı.

İ.Mirzəyev son çıxışında jurnalistlərin məhkəmə proseslərinə buraxılmamasını tələb etdi: »Jurnalistlərin məhkəməyə buraxılmasını istəmirəm. Gəlib nə gəldi yazırlar. Mən prezidentimə, dövlətimə və sizə güvənirəm. 5 aydır yazılanlara cavab vermirəm. Və jurnalistlərin bundan sonra məhkəməyə gəlməsini istəmirəm».

Hakim məhkəmə prosesinin başa çatdığını və onun bu təklifinin növbəti məhkəmə prosesində vəsatət kimi müzakirə ediləcəyini bildirdi.

Məhkəmə sentyabrın 16-na təxirə salındı.