“ABŞ Güney və Quzey Azərbaycanın müttəfiqdir”
Dana Rohrabaker: “Molla rejimi Qərbə, xüsusilə də Birləşmiş Ştatlara müharibə elan edir”
lent.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həbib Sasaniyan aclıq aksiyasına son qoydu
2016-cı ilin mayında həbs edilən güneyli fəala absurd ittiham irəli sürülüb
-
«ETTELAAT-ın əlindədir»
Güneyli fəalın həyat yoldaşı: «Qeyri-müəyyən bir vəziyyətdə qaldığı üçün görə aclıq edir...»
-
«Nə hökm verirlər nə də buraxırlar»
Güneyli fəalın həyat yoldaşı: «ETTELAAT-dan məhkəməyə əmr gəlir ki bu iş tamamlanmasın»
-
6 türk fəalın məhkəməsi başlayıb
Sasaniyan yalan ittihamlara etiraz olaraq məhkəməyə getməyib
-
««Haray haray mən türkəm» şüarı funksional və praktikdir»
«Dil və etnik kimlik Moskvanın müstəmləkə siyasətinin nəticəsində dəyişdirildi»
-
Həbib Sasaniyanın həbsxanada səhhəti ağırlaşıb
Bir ildir rejimin zindanlarında mübarizə aparan fəalın şəkəri və qan təzyiqi yüksəlib
-
Əbuləziz Əzimi Qədimdən xəbər var
İranın Ermənistana göstərdiyi yardımlara etiraz edən din xadimi Evin zindanında saxlanılır
-
Güney Azərbaycanda yeni oyanış dövrü başlayır
5 il əvvəl çoxları İraqın, Suriyanın parçalanacağını ağlına belə gətirmirdi
-
«Hazır olmalıyıq…»
Məhsa Mehdili: «Tramp İrana təzyiqi artıra bilər...»
-
Zəncanda mədəniyyət mərkəzi
Güney Azərbaycanın daha bir şəhərində ziyalılar ocağı açılır
-
«Fraksiyasının əsasnaməsi hazırlanır»
«Əsas məqsəd geridə qalmış bölgələrinin inkişafına yardım etməkdir»
-
«Qızıl mədənində fəhləlik belə bizə çatmır!»
Ağdərə mədəninin şallaq vurulan işçiləri fars-molla rejiminin ədalətinə ümid edir
-
Əli dəyənəkli tikantəpəlilər
Sarıcalı əhalisi ilə mədənçilər arasında qarşıdurma yaşanıb
-
Gənc fəal təhdid edilib
Ərdəbilli azərbaycanlı fəal Mahmud Nəsiri ETTELAAT-a çağırılıb
-
«Yaşasın Azərbaycan!»
İran hakimiyyəti artıq bu şüarı qəbul edir
-
«Bu dəfə nikbinəm»
«İranda xalqların dil və mədəni haqlarının tanınması vaxtı yetişib»
Konqresmen Dana Rohrabaker Vaşinqtonda Azərbaycan Respublikasının qurulmasının 95-ci ildönümü münasibəti ilə rəsmi qəbulda iştirak edib. Lent.az-ın “Amerikanın səsi”nə istiadən məlumatına görə, o, bildirib ki, İranda etnik azərbaycanlılar öz müqəddəratını müəyyən etmək hüququna malikdir.
Konqresmen müsəlman şərqində ilk Demokratik Respublikanın 95 il öncə Azərbaycanda qurulduğuna işarə edərək deyib: “Bu, çox önəmli bir gündür. Ona görə ki, əvvəllər sədlər bu və ya digər şəkildə çəkildiyi üçün Azərbaycan soyuq müharibə dövründə süni surətdə Amerikanın düşməni hesab edilirdi. Lakin soyuq müharibə artıq 20 ildən çoxdur başa çatıb və Azərbaycan xalqı ABŞ-ın yaxşı dostudur. Azərbaycanla əlaqələrimiz var, eyni zamanda İranda yaşayan azərbaycanlılar var. Güney Azərbaycan var.
Burada da Birləşmiş Ştatlara nifrət edən rejim azərbaycanlıları yenə də bizimlə təbii dostluq münasibətləri əleyhinə bir mövqedə saxlayır. Bu gün biz Azərbaycan və ABŞ xalqları arasında təbii dostluğu təntənə edirik. İranda molla rejiminin istibdadçı siyasətini tətbiq etdiyi bir şəraitdə yaşayan bütün xalqlar üçün indi ağır bir vaxtdır. Çünki molla rejimi Qərb, xüsusilə də Birləşmiş Ştatlara müharibə elan edir. Biz əmin olmalıyıq ki, Güney Azərbaycanda insanlar molla rejiminin mahiyyətinin nədən ibarət olduğunu, onların fars olmadığını və orada bizə təbii surətdə dost olan adamların olduğunu bildiyimizi başa düşür.
Biz bu gün həm Quzey, həm Güney Azərbaycana bu mesajı göndərmək istəyirik ki, Birləşmiş Ştatlar sizin təbii müttəfiqinizdir və biz dünyanın bu hissəsində demokratiya və öz müqəddəratını təyinetməni gətirmək üçün birlikdə işləməliyik”.
Konqresmen ABŞ və Azərbaycan Respublikası arasında qarşılıqlı etibar əsasında münasibətlərin qurulduğunu, hər iki ölkənin dostluq əlaqələrindən bəhrələndiyini deyib.