vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNEY  
18:09 | 25 oktyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2303 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gənc fəal təhdid edilib

Ərdəbilli azərbaycanlı fəal Mahmud Nəsiri ETTELAAT-a çağırılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ərdəbilli azərbaycanlı fəal Mahmud Nəsiri oktyabrın 24-də ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Ərdəbil şöbəsinə çağırılaraq təhdid edilib.

Mahmud Nəsiri şöbəsinin xəbər mərkəzində, ümumi məkanlardakı açıqlamaları və son günlərdə yazdığı «İnternet Azərbaycan Milli Hərəkatı üçün fürsət yoxsa təhdiddir» başlıqlı məqaləsi ilə bağlı sorğu-suala tutulub. O həmçinin tanınmış fəal Abbas Lisani və digər ərdəbilli fəallarla əlaqədar dindirilib.

İdarədə M.Nəsiridən ondan digər azərbaycanlı fəallarla əlaqə qurmaması və onların əleyhinə məqalə yazması tələb olunub. Belə olarsa, onun keçmişdəki fəaliyyətləri bağışlanılacağı bildirilib.

ETTELAAT-da hadisənin mətbuata çıxmaması barədə də M.Nəsiriyə xəbərdarlıq edilib. İdarədə onu da qeyd ediblər ki, əks halda fəala qarşı tədbir görüləcək.