«Eurovision»a maraq niyə azalıb?
Murad Arif: «Əvvəllər bu müsabiqə bizim üçün yenilik idi və əlçatmaz görünürdü»
Günel MANAFLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukrayna üçün ən yaxşı fürsətdir”
Rəsmi Kiyev “F-16”ları qəbul etməyə başlayıb
-
“Şizofren olurlar”
Alimlərdən pişik saxlayanlar haqda şok araşdırma
-
Bayraqları bayraq yapan...
Dünyanın ikiüzlü, birrəngli-təsvirsiz, dördkünc olmayan qəribə və Ermənistanın son ümid yeri olacaq rəmzləri
-
Pianoçu, vokalist və bəstəkar ...
«Eurovision» təmsilçimiz Aysel Məmmədova kimdir?
-
62 dövlətə vizasız səfər etmək imkanı
Azərbaycan 74-cü yerdədir
-
2.5 trillion ABŞ-ın payına düşür
Terrorizm qlobal iqtisadiyyata 14.3 trillion dollar bahasına başa gəlib
-
Azərbaycanı dünyaya tanıdan missiya
Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi İslam Həmrəyliyi Oyunlarının da ən yüksək səviyyədə keçirilməsini təmin edəcək
-
«Bakıdan öyrənə biləcəyimiz çox şey var»
Vitali Kliçko: «Bu əlaqələrinin daha sıx olması çox vacibdir»
-
«Sürprizlər hazırlayırıq»
Mehriban Əliyeva: «Cəmi iki il yarım vaxtımız var idi»
-
Elnur coşqu ilə qarşılandı
«Eurovision» yarışmasındakı təmsilçimizin tanıtım turu başladı
-
«Azərbaycanın bacarıqlı rəhbərliyi var»
«Kosmosa çıxış, «Eurovision» kimi təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıdır»
-
«Ermənilər yəqin məni eşidir...»
Alman deputat: «Vəziyyətdə irəliləyişin ümidi ilə barmağımızı yaranın üzərinə qoyacağıq»
-
Rusiyada balıq bahalaşıb
Farer adaları və Qrenlandiya ərzaq sanksiyalarından azaddır
-
66 yaş fərq
Parlamentin ən yaşlı üzvü ilə gənc üzvü arasında ...
-
Avropada ən çox vergi ödəyənlər
İlk yerləri Danimarka, Belçika və Fransa vətəndaşları tütür
-
«London taksisi»ndə xaos
Sürücülər kütləvi sürətdə işdən çıxır
Mayın 4-də «Eurovision-2014»ün açılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, rəsmi açılış mərasimi Kopenhagen meriyasının tarixi binasında baş tutub. Müsabiqədə iştirak edən 37 ölkənin təmsilçiləri ənənəvi olar qırmızı xalça üzərindən keçərək arenaya daxil olublar. Kopenhagen şəhərinin tarixi meriya binasına aparan qırmızı xalı üzərinə ilk olaraq sonuncu «Eurovision» qalibi Emili de Forest çıxıb. Ondan sonra yarışmada iştirak edən 37 iştirakçı ölkənin nümayəndələri qırmızı xalı üzərindən keçiblər. İsveç, Macarıstan və İsrail builki müsabiqənin favoritləri sayılır.
Qeyd edək ki, mahnı müsabiqəsi «Join us» - «bizə qoşul» devizi altında keçirilir. Yarımfinallar mayın 6 və 8-də keçiriləcək. Final isə mayın 10-da baş tutacaq. Azərbaycanı builki «Eurovision» mahnı müsabiqəsində Dilarə Kazımova «Start a fire» mahnısı ilə təmsil edir. O, birinci yarımfinalda 8-ci nömrə altında çıxış edəcək. Qaydalara əsasən, hər bir yarımfinaldan finala ən çox səs toplayan 10 iştirakçı keçəcək. Yarımfinalda çıxış edən ölkə vətəndaşları həmin gün səsvermədə iştirak edə bilməyəcəklər.
Maraqlı bir məqam var ki, «Eurovision» mahnı müsabiqəsinə əvvəlki illərdə olduğu kimi maraq və əhəmiyyət kəsb etmir. Əvvəlki illərdə hər kəs bu mahnı müsabiqəsinin başlayacağı günü səbirsizliklə gözləyir, həyəcanla izləyirdisə, indi buna maraq göstərənlərin sayı azalıb. Maraqlıdır, «Eurovision» mahnı müsabiqəsinin ölkəmizdə öz əhəmiyyətini itirməsinin səbəbi nədir?
Milli seçim turunun final mərhələsinin münsiflər heyətinin tərkibində olmuş prodüser, bəstəkar Murad Arif «Eurovision»a qarşı artıq əvvəlki hisslərin qalmadığını dedi: «Vaxtilə «Eurovision» mahnı müsabiqəsinə həvəslə yanaşırdıq. Çünki əvvəllər bu müsabiqə bizim üçün yenilik idi və əlçatmaz görünürdü. İndi isə bu hisslər, eksklüzivlik sovuşub. Biz «Eurovision» mahnı müsabiqəsində həm iştirak etdik, həm qalib olduq, həm də ki, vətənimizdə keçirdik. Daha nə üçün özümüzü öldürəsiyik ki?! Hazırda bizi «Eurovision-2014»də «Start a fire» mahnısı ilə təmsil edən Dilarə Kazımova onluqdadır. Biz ilk beşlikdə də ola bilərik. Ən azından Dilarə buna layiqdir. Zamanla neçənci yerdə olacağımızı görəcəyik».
Qeyd edək ki, Azərbaycanı təmsil edən Dilarə Kazımova APA-ya müsahibəsində özünə çox güvəndiyini və Azərbaycanın yenidən qalib olma şansının olduğunu deyib. (musavat.com)