vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
15:10 | 15 iyun 2014 | Bazar Məqaləyə 2936 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«London taksisi»ndə xaos

Sürücülər kütləvi sürətdə işdən çıxır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda keçirilən «Eurovision» musiqi yarışması ərəfəsində paytaxta gətirilən «London taksisi» xidməti böhran dövrünü yaşayır.


Axar.az-ın «Bakı Taksi» MMC-dəki mötəbər mənbədən əldə etdiyi xəbərə görə, «bənövşəyi» taksilərin sürücüləri kütləvi şəkildə işləməkdən imtina edirlər. Mənbə deyir ki, əmək haqlarının azlığı, gündəlik plan, yanacaq xərcləri sürücüləri müflisləşdirib. Ona görə də «London taksiləri»ndə işləyənlər bir-bir maşınları şirkətə təhvil verirlər.

Mənbə qeyd edir ki, şirkət yaranmış krizisdən çıxmaq üçün şəhərin ictimai nəqliyyatında, müxtəlif yerlərində elan verməyə başlayıb.

Belə ki, əməkdaşımız «Koroğlu» metrosundan Mərdəkan istiqamətinə işləyən avtobusların birində sözügedən elanın şahidi olub. Elanda qeyd olunub ki, «London taksi avtomobillərində işləmək üçün peşəkar sürücü tələb olunur. Tələsin, iş yerlərinin sayı məhduddur».

Mənbə isə bildirir ki, heç də yer məhdudiyyəti yaşanmır. Sadəcə, taksilər şirkətin qarajında istifadəsiz qalıb, firma ziyanla işləyir.