Qadağalar gəlir!
Avtobus dayanacaqları və yol kənarları taksi sürücülərinin işğalından xilas olacaq?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Paytaxtın taksi sistemində xaos
Sürücülər yolu tanımır
-
«Xalturşik»lərin oylağından reportaj
«Təkərli tabutlar»ın, «bərk sürən oğlanlar»ın yığışdığı yerdə...
-
Taksi qiymətləri eyniləşdiriləcək
Fərqlənmə nişanı alınması iki ay ərzində yekunlaşacaq
-
«London taksisi»ndə xaos
Sürücülər kütləvi sürətdə işdən çıxır
-
Dayanacaq savaşı qəzayla bitdi
Hadisəyə səbəbkarsa taksi sürücüləridir
-
Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirən avtomobillər yalnız xüsusi müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.
Bununla bağlı «Avtomobil nəqliyyatı haqqında» qanunun 20-ci (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) maddəsinə dəyişiklik edilir.
Layihəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını yerinə yetirən daşıyıcı sifariş gözləyərkən yalnız xüsusi olaraq müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.
Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.