vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 30 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
Taksi qiymətləri eyniləşdiriləcək 11:56 | 28 oktyabr 2016 | Cümə Məqaləyə 2478 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Taksi qiymətləri eyniləşdiriləcək

Fərqlənmə nişanı alınması iki ay ərzində yekunlaşacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Şəxsi avtomobili ilə taksi xidməti göstərən avtomobillərdə qiymətlərin tənzimlənməsi ilə bağlı Tarif Şurasına müraciət ediləcək.

«Xəzər TV» bildirir ki, əsas səbəb fərdi taksilərdə xidmət müqabilində göstərilən qiymətlərlə bağlı yaşanan xaosdur. Müraciət qəbul edildikdən sonra qanuni şəkildə fəaliyyət göstərən fərdi taksilərdə qiymətlər xüsusi qaydalarla tənzimlənəcək.

Qiymətlərin tənzimlənməsi taksilərə fərqlənmə nişanları verildikdən sonra həyata keçiriləcək. Fərdi qaydada taksi xidməti göstərən sürücülərin fərqlənmə nişanı alması iki ay ərzində yekunlaşacaq. Fərdi taksilərdə standart qiymətlərin tətbiqi birmənalı qarşılanmayıb.