vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
MƏHKƏMƏ, İSTİNTAQ  
17:16 | 9 iyun 2014 | Bazar ertəsi Məqaləyə 2410 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Jurnalistin qatillərinə ömürlük həbs

Qətli törədənlər çeçen əsilli avtoritet Lom-Əli və onun qardaşı oğlanlarıdır

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskva şəhər məhkəməsi «Novoya qazeta»nın şərhçisi Anna Politkovskayanın qətlində iştirak edən 5 şəxsə 12 ildən ömürlüyə qədər iş kəsib.


ANS PRESS-in məlumatına görə, cinayət iştirakçılarından çeçen əsilli avtoritet Lom-Əli Qaytukaev və qətli törədənlərdən biri Rüstəm Mahmudov xüsusi rejimli koloniyada cəzasını çəkməklə ömürlük həbsə məhkum edilib.

Qeyd edək ki, jurnalisti 7 oktyabr 2006-cı il tarixində Moskvada kirayənişin olduğu evin girişində qətlə yetiriblər. İttihamçı tərəfin bildirdiyinə görə qətlin təşkilatçılığı ilə Lom-Əli Qaytukayev və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə təşkilatının keçmiş işçisi Sergey Hacıqurbanov məşğul olub. Qətli törədənlər isə Qaytukayevin qardaşı uşaqları Rüstəm Cəbrayıl və İbrahim Mahmudov qardaşlarıdır. Onlardan birincisi qətli törətməyi öz üzərinə götürüb, digərləri isə ona kömək ediblər.

Qətlin sifarişçisi isə bu günə kimi müəmmalı olaraq qalır. İstintaqın bildirdiyinə görə qətlə səbəb jurnalistin professional fəaliyyəti olub.

İş üzrə məhkəmə ötən ilin yayından davam edir. Bu müddət ərzində, iki münsiflər heyəti dəyişilib. 2009-cu ildə saxlanılan 3 şübhəlinin bəraət alması və daha sonra qərarın rədd edilməsi ilə əlaqədar 2 cinayət işi qaldırılıb.İkinci açılan cinayət işində şübhəlilərin sayı da üçdən altıya kimi artırılıb.

Şübhəlilərdən birinin paytaxt polisinin polkovnikinin işinə ayrıca baxılıb. O törətdiklərini boynuna alaraq 2012-ci ilin dekabrında 11 il azadlıqdan məhrum edilib. Polis polkovniki jurnalistin güdülməsi və qətli törədənlərin silahla təchiz edilməsi ilə məşğul olub.

Cinayəti törədən 5 digər şübhəli isə hələ də cinayəti törətdiklərini boynuna almır.