62 məhkəmədə barışıq olub
«Barışıq Sakmyası» 3 yaşını tamamladı
Bakı Apellyasiya Məhkəməsində «Barışıq Sakmyası» qoyulmasından 3 il ötür. «Qafqazinfo» xəbər verir ki, ötən üç il ərzində Bakı Apellyasiya Məhkəməsinin icraatında olmuş işlərdən 62-si məhkəmə proseslərində iştirak etmək üçün məhkəməyə gələn insanlarda Barışıq Skamyasının yaratdığı barışıq təəssüratı nəticəsində tərəflər arasında barışıq sazişinin bağlanması ilə nəticələnib.
Xatırladaq ki, 10 iyun 2011-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Məhkəmə iclas zallarının yerləşdiyi korpusun qarşısında rəmzi xarakter daşıyan «Barışıq Sakmyası» qoyulub. Bu skamyanın qoyulmasında məqsəd insanlar arasında münasibətləri normal vəziyyətə gətirmək üçün məhkəmədə iştirak edən tərəfləri barışdırmağa nail olmaqdır. Barışıq tərəflərin hüququdur və məhkəmə prosesinin istənilən mərhələsində mümkündür.