Krımda repressiyalar davam edir
Mustafa Krımoğlunun oğlu girov saxlanılır
Sultan LAÇIN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
«Onlar məqsədyönlü şəkildə bütün qanunları tapdayaraq, oğlumu orada girov kimi saxlayırlar. Onlar hesab edirlər ki, bu yolla mənə təsir göstərəcək və mən Rusiyaya münasibətimi dəyişəcəyəm. Əlbəttə, onlar boş yerə buna ümid edirlər. Amma yenə də oğluma əziyyət verməyə çalışırlar».
Bu sözləri Krım tatarlarının lideri, Ukrayna Ali Radasının üzvü Mustafa Cəmilov «Azadlıq» radiosunun rus bürosuna açıqlamasında söyləyib.
Qeyd edək ki, RF-nin Krım üzrə İstintaq Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ukrayna deputatının 32 yaşlı oğlu Xayser Cəmilov qətl törətməkdə və qeyri-qanuni silah satışında şübhəli bilinərək, RF Cinayət Məcəlləsinin 3-cü maddəsi ilə həbsdə saxlanılır. Və bu yaxınlarda məhkəmə qarşısına çıxarılacaq. Xatırladaq ki, bu il mayın 13-də X. Cəmilov Baxçisaraydakı evində tüfənglə ehtiyatsız davrandığından açılan atəş bağda işləyən bir kişini öldürmüş və o həmin vaxt artıq Krımı zəbt etmiş Rusiya polisi tərəfindən həbs edilmişdir.
X.Cəmilovun vəkili Aleksandr Lesnoy hesab edir ki, RF CM-nin 13-cü maddəsinə uyğun olaraq tatar liderinin oğlu Ukrayna vətəndaşı olduğundan ona qarşı Rusiya qanunları tətbiq edilə bilməz. Odur ki, o, Ukrayna qanunları ilə mühakimə edilməlidir.