«Azərbaycanda bütün azadlıqlara riayət olunur»
İlham Əliyev AŞPA-da çıxış etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
-
Görüş baş tutumayacaq
Əliyev Makronu “oyundan kənar vəziyyətdə” saxlayır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında çıxış edib. Dövlət başçısı bildirib ki, Azərbaycanda indi yüksək templə inkişaf gedir və ölkədə islahatlar aparılır:
«Bu islahatlar 90-cı illərin ortalarından başlayıb, təxminən elə bizim ölkənin müstəqilliyindən sonra. Müstəqilliyimizin ilk illəri bizim xalqımız üçün faciəyə çevrildi. İqtisadi çətinliklər var idi, siyasi və iqtisadi böhran yaranmışdı, Azərbaycandakı ilk hakimiyyətin ölkəni qeyri-effektiv formada idarə etməsi və bütün bunlar çox ciddi vəziyyətə gətirib çıxarmışdı. Ümumiyyətlə, əsas məsələ bizim dövlətimizin mövcudluğu idi. 90-cı illərin ortalarında Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul olundu.
Ölkədə sosial və iqtisadi inkişaf dövrü başladı. Biz fəal şəkildə Avropa Şurasına üzv olduq. Biz öz istəyimizlə bu təşkilatın üzvü olmaq istəyirdik və bununla ölkədə aparılan islahatları dərinləşdirmək niyyətimiz var idi. Təbii ki, Avropa Şurasının bu üzvlüklə bizim üzərimizə müəyyən öhdəliklər qoyacağını aydın başa düşürdük və biz bu öhdəlikləri yerinə yetirməyə həmişə hazır olmuşuq.
Biz indi də üzərimizə düşən bu öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır. Fundamental azadlıqlar məsələsinə gəldikdə, Azərbaycanda bütün bunların hamısına riayət olunur. Sərbəst siyasi fəaliyyətlə məşğul olmaq, siyasi azadlıqlar mövcuddur. Bizim ölkədə yüzlərlə siyasi institut, siyasi partiyalar fəaliyyət göstərir. KİV tam azaddır və Azərbaycanda gündəlik, həftəlik, aylıq çoxlu sayda qəzet və jurnal çap olunur, ölkədə çoxlu sayda televiziya kanalları, eləcə də regional kanallar fəaliyyət göstərir.
Bundan başqa, ölkəmizdə internet tam azaddır və əhalinin 70 faizindən çox internetdən istifadə edir. Azad internet və senzuranın olmaması şəraitində biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, KİV-in azadlığını daha da genişləndiririk. Çünki mətbuatın azad olması demokratiya deməkdir və bu, hökumətin hansısa çatışmazlıqlar üzərində qüvvəsini cəmləşdirməsinə yardım etmiş olur. Bu, hökumətlə cəmiyyət arasında mühüm əlaqə yaradan amillərdəndir.
Bu, müasir Azərbaycanın əhəmiyyətli uğurlarındandır və biz bununla fəxr edirik. Bir daha təkrar etmək istəyirəm, mətbuat azadlığı tam şəkildə təmin olunub. Eyni zamanda sərbəst toplaşmaq azadlıqları da tam şəkildə təmin olunub. Və bütün bunlar bizim islahatlara nə dərəcədə sadiq olduğumuzun bariz nümunəsidir. Bizim üçün islahatların aparılması prioritet təşkil edən məsələlərdəndir».