vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
OLAY  
20:01 | 24 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 1725 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnstitut rəhbəri işdən qovuldu

AETHİ-nun direktoru barədə cinayət işi başlanıb

Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun (AETHİ) direktoru Məmməd Balakişiyev vəzifəsindən azad edilib.


ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə 2004-cü ildən elmi tədqiqat institutuna rəhbərlik edən Məmməd Balakişiyev institutun direktoru vəzifəsindən azad edilib. Onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavini Fizuli Mirzəyevə həvalə edilib.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun vəzifəli şəxsləri tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol vermələri barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı institutun vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərini aşdığı və külli miqdarda dövlət vəsaitinin mənimsədiyi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.