Ağanəzərəm, belə gəzərəm...
Ayxan Məmmədovun həbsinin təfərrüatı
İntiqam VALEHOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ayxan Məmmədov azadlığa buraxıldı
Sevinc Babayevanın qohumları sevinc içindədir
-
«Siz bilirsiz mən kiməm?»
Diletant oğrudan professional manevrlər
-
Sevinc Babayevanın oğlu həbs edildi
Ayxan Məmmədova oğurluq ittihamı ilə 3 il 6 ay həbs verilib
-
«Gülər Əhmədova başımı bəlaya saldı...»
Türkiyəli iş adamı Səlcuq Ağlayan: «Fillər vuruşdu, arada otlar əzildi...»
-
Məhkəmədə dava düşdü
Sevinc Babayevanın bacısı Gülər Əhmədovanı «artist» adlandırdı
-
«Ah, facebook!»
-
Adı sabiq millət vəkili Gülər Əhmədovanın «mandat alveri» qalmaqalında hallanan mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun həbsinin təfərrüatları məlum olub. AzNews.az əldə etdiyi məlumata görə, A.Məmmədov üç ay əvvəl də «Favorit» marketdən oğurluq edibmiş.
Məhkəmə prosesində məlum olub ki, bu, Məmmədovun ilk oğurluğu deyil. Sən demə, o, bir müddət əvvəl də həmin marketdən oğurluq edibmiş. Həmin vaxt məhkəmə onu həbs etməyib, tərəflər arasında barışıq olub.
Bundan başqa məlum olub ki, Ayxan bir neçə il əvvəl avtomobil qəzası törədib və buna görə də bir il şərti cəza alıb.
Bütün bunlar Məmmədovun işini ağırlaşdırıb və hakim Tale Kərimov onun himayəsində 1 yaşlı övladının olmasını da yüngülləşdirici hal kimi nəzərə almayıb.
Qeyd edək ki, bu gün Binəqədi rayon məhkəməsi S.Babayevanın oğlu barəsində 3 il 6 ay müddətində həbs qərarı çıxarıb. A.Məmmədovu məhkəmədən birbaşa 1 saylı İstintaq Təcridxanasına aparıblar.