Ermənilərin «qara siyahı» fırıldağı
«Onların necə təqdim etməsindən asılı olmayaraq, biz öz araşdırmalarımızı aparırıq»
İLQAR
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İftira dolu müddəalar”
XİN: “Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni qətiyyətlə rədd edirik”
-
Səfirə xəbərdarlıq
“Musəvi diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu”
-
Vaşinqtondan Soçiyə cavab
XİN rəhbərləri ABŞ-a dəvət olundu
-
“Müttəfiqliyin ruhuna ziddir”
Sülhməramlıların vətənində səslənən müharibə çağırışlarına cavab
-
Leyla Abdullayevanın xələfi ...
... Ayxan Hacızadə kimdir?
-
“Öhdəliklərin yerinə yetirilməməsi ...”
Azərbaycan Fransaya etiraz notası verdi
-
“... Riyakarlığının nümunəsidir”
Rəsmi Bakı Ermənistanın hərbi cinayətlərlə bağlı bəyanatına sərt cavab verdi
-
Bakının Moskvadan tələbləri var
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
-
Lavrov yenə niyə gəlir?
Yenə də ümumi sözlər deyib geri qayıdacaq
-
Fərrux dağının delimitasiyaya aidiyyəti yoxdur
Azərbaycan XİN Lavrovun İrəvandakı sayıqlamalarına cavab verdi
-
“Belə münasibətin qəbuledilməzdir”
Hindistan səfiri XİN-ə çağırılıb
-
“Ermənistan Baş prokurorunun Xankəndinə səfəri təxribatdır”
XİN bəyanat yaydı
-
“RİA-Novosti” bloklandı
XİN hadisə ilə bağlı açıqlama yayıb
-
Azərbaycanın “qara siyahı”sı
Jurnalistlər, müğənnilər, heykəltəraşlar, fotoqraflar - 710 nəfər
-
“Təlxək, kloun ...”
Azərbaycan XİN deputatı biabır etdi
-
Eks-səfirdən ilginc açıqlamalar
Xəzər İbrahim Türkiyədəki səfirliyimizdən narazılığa son qoya biləcəkmi?
«Ermənilər bir çox hallarda «qara siyahı»da mövcud olan şəxsləri, ilk dəfə səfər edənlər kimi, təqdim edirlər». Bunu Aktual.az-a Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, ermənilərin «qara siyahı» fırıldağını şərh edərkən deyib.
Onun sözlərinə görə, bir çox hallar olub ki, həmin şəxslər «qara siyahı»dadırlar, amma ermənilər təbliğat maşını vasitəsi ilə onları, hansısa, sensasiyalı xəbər kimi təqdim ediblər:
«Amma, halbuki, həmin şəxslərin ermənilərə çalışdığı və ermənilərin vəsaitləri ilə özlərinə karyera qurduqları yenilik deyil. Bu artıq mövcud faktdır. Ona görə də erməni tərəfi son zamanlar arzuolunmaz şəxslərin siyahısının ictimailəşdirilməsindən, bunun ətrafında aparılan məlumatlandırılma kampaniyasından, nəticədə, bu səfərlərin xeyli azalmasından çox narahatdır. Elə ona görə də, səfərləri artıq həyata keçirmiş şəxsləri bir daha ilk səfər etmiş kimi təqdim edirlər. Bu da çox cılız bir yanaşmadır. Bu faktlar da bizdə mövcuddur. Yenə deyirəm, ermənilərin necə təqdim etməsindən asılı olmayaraq, biz öz araşdırmalarımızı aparırıq».