vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
17:02 | 3 noyabr 2022 | Cümə axşamı Məqaləyə 2530 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vaşinqtondan Soçiyə cavab

XİN rəhbərləri ABŞ-a dəvət olundu

ELXAN

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan dialoqunda Rusiya xarici işlər naziri Sergey Lavrov qədər fəaldır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı Ararat Mirzoyanla yaxın günlərdə Vaşinqtonda Blinkenin vasitəçiliyi ilə görüşəcək. Bu, Vaşinqtonun Soçi görüşünə cavabıdır. Bundan əvvəl belə bir görüş sentyabr ayında Nyu-Yorkda keçirilmişdi. Bakı və İrəvan Brüssel və Vaşinqtonun vasitəçiliyindən imtina etmirlər. Kreml bu gedişatdan bərk narahatdır.

Vaşinqtonun vasitəçiliyi nəticə verməsə də, Rusiyanın Cənubi Qafqazdakı inhisarını zəiflətmək baxımından faydalı sayıla bilər. Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsində digər iki oyunçu – Türkiyə və Avropa İttifaqı da iştirak edir. Kreml Ermənistanın baş naziri Nikol Paşinyana və onun nazirlərinə Brüssel və Vaşinqtonun vasitəçiliyindən imtinaya məcbur edə bilmir. Kreml Paşinyanı da hələ devirə bilmir ki, Ermənistanı Qərb yolundan döndərsin. Kremlin bölgədə istinad etdiyi yeganə nöqtə Qarabağ separatçılarıdır. Bizim üçün ən böyük təhlükə də budur. Qarabağ separatçıları ilə Rusiya arasında zəncirin qırılmasına çalışmalıyıq. Bu Vaşinqtonla Brüsselin də maraqlarına cavab verir. Hər ikisi rəsmi Bakı kimi rusiyalı hərbçilərin 3 ildən sonra Qarabağı tərk etməsini istəyir. Çünki onlar da anlayır ki, rusiyalı hərbçilər 3 il sonra Qarabağı tərk etməsələr, orada möhkəmlənəcək və hərbi baza yaradacaqlar.