İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:16 | 9 noyabr 2022 | Çərşənbə
Məqaləyə 1110 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Azərbaycan səfirinin İran XİN-ə çağırılması gözlənilən idi. Onsuz da proses buna doğru gedirdi. İki ölkə arasında gündən-günə pisləşən münasibətlər fonunda tərəflərdən birinin və ya hər ikisinin qarşı tərəfin səfirini XİN-ə çağırıb xəbərdarlıq etməsini və ya nota verməsini gündən-günə yaxınlaşdıran olayları mütəmadi izləyirik.
Əslində iki ölkə arasında münasibətləri gündən-günə gərginləşdirən biz deyilik, İranın özüdür. İstər rəsmi Tehranın sözçüləri və deputatlar, istər SEPAH-ın lovğa generalları və Amuli kimi lotu mollalar, istərsə də İran mediası hər gün Azərbaycan əleyhinə aramsız olaraq qızışdırıcı, təxribatçı və hədələyici açıqlamalar verir, yazılar dərc edirlər. Bizsə bütün bu saçma-sapan ittiham və sayıqlamaların olsa-olsa yüzdə birinə cavab veririk.
Yəni ki, İranın bizim səfirimizi yox, bizim İran səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırmağa, ona öz etirazımızı bildirməyə tam haqqımız çatır. Lakin İran tərəfi həmişə olduğu kimi yenə də “qara məni basınca, mən qaranı basım” prinsipi ilə hərəkət edərək diplomatik revanşa keçir.
Belə ki, Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə bu gün axşam saatlarında İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
İran mediasının verdiyi məlumata görə, səfirimizin XİN-ə çağrılmasına “Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması” səbəb kimi göstərilib.
Ancaq bu da çox yaxşı olardı ki, İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahiyan səfirimizi XİN-ə çağırtdırıb, “Azərbaycan mediasında İran əleyhinə təbliğatın aparılması”nı onun diqqətinə çatdırmazdan öncə öz ölkəsinin mətbuatında Azərbaycan Respublikasının ünvanına yağdırılan hərzə-hədyanlara, sərsəm açıqlamalara, iftira və təhqirlərə heç olmasa, ötəri bir nəzər salaydı.
Abdullahiyan isə ermənilər kimi davranıb İran mətbuatında Azərbaycan əleyhinə baş alıb gedən çirkabı, dezinformasiyaları, hədələri görməzdən gəlir. Çünki...
Çünki Azərbaycana, azərbaycanlılara, türk millətinə qarşı nifrət və qəzəb bu gün İranı idarə edənlərin gözlərini tutub. Onlar Azərbaycana qarşı əsəbi davranışlarını gizlədə bilmirlər və ya gizlətmək istəmirlər.
Fars-molla rejimi Azərbaycan” və “azərbaycanlı” sözlərindən o dərəcədə qorxur ki, onlar hal-hazırda Güney Azərbaycan türklərinə də qənim kəsiliblər. İran millisinin Azərbaycan əsilli sabiq futbolçusu Əli Daei barəsində ölüm hökmünün çıxarılması da bunun əyani sübutudur.
Molla rejimi veteran futbolçunu Məhsa Əmini adlı hicablı qızın öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak etməkdə günahlandırır.
Rejim o dərəcədə azğınlaşıb ki, Əli Daei ilə yanaşı, daha yüzlərlə etirazçının edam edilməsinə hazırlaşır.
Göründüyü kimi İslam adından çıxış edən bu ölkə üçün insan amilinin heç bir qədir-qiyməti yoxdur.
Qonşularımız insan qanına susayıblar. Ermənilər bizə qarşı düşmən niyyətlərindən heç cürə əl çəkmirlər. Rusiya Ukraynaya qarşı təcavüzünü davam etdirir. İran isə yan-yörəsindəki ölkələrin 99 faizi ilə düşmən və ya qeyri-dost vəziyyətindədir. İranın yaxşı münasibətdə olduğu yalnız iki ölkə var - Rusiya və Ermənistan...
Ancaq tarixin dərinliklərindən gələn ulu bir həqiqət də var ki, qana susayan dövlətlər günün birində qan gölündə boğulur, məhv olur...
P.S.: Bu gedişlə bizim də İran səfirini XİN-ə çağırmağımız üçün şərait yetişir. İranın bizə qarşı diplomatik revanşına qarşı eyni üsulla cavab vermək haqqımız var.