
Makronun başı üzərində qara buludlar
Fransa prezidentinin impiçment məsələsi parlamentdə səsə qoyulacaq
Fransa prezidentinin impiçment məsələsi parlamentdə səsə qoyulacaq
Mümkün 3 ssenari
.. AB üçün hansı nəticələrə yol aça bilər?
Cinayətkarlar 19 milyon manatlıq 3 əsər aparıb
Fransada yeni sağ yaranır?
Bankomatlar xırda pul vermir
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
AB Mərkəzi Bankı onu xilas edə bilərmi?
Müxalifət hökuməti düşürmək üçün səs verəcək
Fransada vəfat edən türk qızın müsəlman qəbiristanlığında dəfni üçün məzar yeri verilmədi
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Bayru sentyabrın 8-də vəzifəsindən gedəcək, hökumət iflas edəcək
Orijinalından 10 dəfə balaca olan abidə satışa çıxarıla bilər
ABŞ-ın Fransadakı səfiri Kuşner: “Avropalılar Ukrayna mövzusunda heç bir şey edə bilməyib”
Paris 2026-cı ilin martında müharibə planlaşdırır?
Ən böyük supermarket şəbəkələri “baget”in qiymətini 0,29 avroya endirir
Fransızlar (haqlı olaraq) pendirləri ilə fəxr edirlər. Onlar süfrələrin ayrılmaz hissəsi, ölkə üçün böyük iqtisadi dəyər və bəlkə də daha təəccüblüsü, əla bir diplomatiya vasitəsi hesab olunur.
Elə buna görə də “pendir vasitəsilə diplomatiya” Fransanın Xarici İşlər Nazirliyinin diplomatiyanın mahiyyətinə dair pərdəni qaldırmaq və bu sektorda artan imic çatışmazlığına qarşı çıxmaq məqsədilə təşkil etdiyi iki günlük misilsiz tədbirdə keçirilən dəyirmi masa müzakirələrindən biri olacaq.
Lakin ekspertlər qeyd edirlər ki, fransızlara məxsusluğu danılmaz olan rokfor pendirindən fərqli olaraq, diplomatiya ilə geniş ictimaiyyət arasında müşahidə olunan bu qopma əksər demokratik cəmiyyətləri əhatə edir və ciddi nəticələr doğura bilər.
Fransanın Belçikadakı keçmiş səfiri və Brüssel Geosiyasi İnstitutunda müdafiə sahəsində aparıcı tədqiqatçı olan Klo-Fранс Arnu (Claude-France Arnould) “Euronews”ə açıqlamasında deyib: “Diplomatlıq peşəsinin necə qavranıldığı və nə üçün istifadə edildiyi ilə bağlı həqiqətən də problem var”.
Bunun başlıca səbəbi peşəyə inadla yapışan çoxsaylı klişelərdir.
Kollektiv təxəyyül diplomatın həyatını dəbdəbəli qəbul məclislərində “petits-fours” şirniyyatları və şampan qədəhləri ilə dolu bir həyat kimi təsəvvür etməyə meyllidir. “Netflix”in “The Diplomat” serialında təsvir edilən və real diplomatların çox tənqid etdiyi həyat tərzi kimi.
Halbuki, real həyat çox daha az cazibədardır.
“Sciences Po” universitetində siyasi elmlər professoru Kristian Leken (Christian Lequesne) “Euronews”ə deyib: “Bu həm inzibati işdir, həm sənəd idarəçiliyi işidir, həm də böhranlara müdaxilə etmək, iqtisadiyyatı, biznesi, mədəniyyəti və dili tanıtmaq işidir”.
“Tabu yoxdur”
Müharibə Avropa torpaqlarına geri dönərkən, Yaxın Şərqdə dağıdıcı münaqişə davam edərkən, Vaşinqton ilə Çin arasında gərginlik artarkən, çoxtərəfli təşkilatların legitimliyinə hücumlar güclənərkən və qlobal iqlim böhranı çıxılmaz hal alarkən diplomatlar öz peşələrinə hər zamankından daha çox ehtiyac olduğunu düşünürlər.
Amma görünüşdə tərəddüdlü olan ictimaiyyət bu işdə kömək etmir.
Məhz buna görə də Parisdə cümə günü başlayan iki günlük “La Fabrique de la Diplomatie” (Diplomatiya fabriki) tədbiri məruzələr, dəyirmi masa müzakirələri, oyunlar və seminarlarla zəngin proqram vasitəsilə müşahidə olunan imic çatışmazlığını aradan qaldırmağı hədəfləyir.
Rusiya-Ukrayna müharibəsi, İsrail ilə HƏMAS arasındakı münaqişə, Fransanın Çin, Suriya, İran, Afrika və hətta ABŞ qarşısındakı mövqeyi diqqət mərkəzində olacaq. Bununla yanaşı, bəzi tədbirlər BMT və ya Avropa Birliyi kimi iri çoxtərəfli qurumların necə işlədiyini və necə təşkil olunduğunu da izah edəcək. Beynəlxalq ədalət, mədəni və ya feminist diplomatiya, yumşaq güc və hətta, bəli, pendir vasitəsilə diplomatiya da müzakirə olunacaq.
Tədbirə ölkənin xarici işlər naziri Jan-Nuel Barro (Jean-Noel Barrot) kimi yüksək səviyyəli fiqurlar qatılacaq. Lakin xüsusilə populyar olacağı gözlənilən sessiyalardan biri insanların qəhvə içərkən istədikləri hər şeyi soruşa biləcəkləri, vəzifədəki səfirlərlə “sürətli görüş” formatı olacaq.
Fransa Xarici İşlər Nazirliyinin Diplomatik və Konsulluq Akademiyasının direktoru və tədbirin ideya müəllifi Didye Le Bret (Didier Le Bret) “Euronews”ə açıqlamasında deyib:
“Xüsusilə gənclər üçün hər baxımdan narahatedici olan mövcud şəraitdə ‘La Fabrique’in əsas geosiyasi mövzuları izah etmək məqsədilə bir təhsil layihəsi kimi nəzərdə tutulduğu aydındır”.
“Mövzulara heç bir tabu olmadan açıq şəkildə yanaşdıq. Fransız xalqını haqlı olaraq maraqlandıran bütün məsələləri müzakirəyə çıxarmağı qəsdən seçdik”, – deyə o, əlavə edib.
Diplomatiyanın sərhədləri
Amma ən azı iki məqsəd daha var.
Birincisi, diplomatiyanın yalnız ən yüksək qlobal siyasi səhnələrlə məhdudlaşmadığını, mədəniyyət, biznes və akademiyanın da yumşaq gücün artırılmasında mühüm rol oynadığını insanlara anlatmaqdır. Həmçinin diplomatların rollarının harada olursa-olsun vətəndaşlarına yardım etmək və onları qorumaqdan ibarət olduğunu göstərməkdir. Fransa 160-a yaxın səfirliklə Çin və ABŞ-dan sonra dünyanın ən böyük üçüncü diplomatik şəbəkəsinə sahibdir.
Le Bretin sözlərinə görə, digər məqsəd isə vətəndaşlarla “bağ qurmaq”dır.
“Fransızlar başa düşməlidirlər ki, biz milli büdcənin 1%-dən azı ilə çox iş görürük. “Quai d’Orsay”a (Xarici İşlər Nazirliyi) yatırılan hər avro sonradan əldə etdiyimiz iqtisadi uğurlar vasitəsilə Fransız vətəndaşlarının cibinə geri dönən daha çox avro yaradır. Biz də bunu göstərməyə çalışacağıq”.
Bu mesaj xüsusilə vacibdir, çünki 2025-ci ildə Fransa Xarici İşlər Nazirliyinin büdcəsi ixtisara salınıb.
Siyasətçilər diplomatiyaya necə təsir edir?
“La Fabrique” təşkilatçıları iki gün ərzində azı 20–30 min nəfərin tədbirə qatılacağını gözləyirlər. Arnuya görə, bu maraq qismən ümumi narahatlıq mühitinə bağlanır.
“Düşünürəm ki, hər şey yaxşı gedəndə diplomatiyanı anlamaq çox çətindir. Bu gün olduğu kimi böyük strateji böhranların yaşandığı dövrlərdə isə diplomatiyanı daha yaxşı anlayırıq”, – deyə o bildirib.
Amma ictimai rəyi qazanmaq kifayət etməyə də bilər. Problem ondadır ki, diplomatiya bəzi yüksək ranqlı siyasətçilərin, ilk növbədə ABŞ Prezidenti Donald Trampın artan etimadsızlığından da əziyyət çəkir.
Bu müşahidəni “Sciences Po”dan Kristian Leken də bölüşür və “populist idarəçilik formalarının” yüksəlişini günahlandırır.
Leken deyib: “Tramp kimi liderlər, eləcə də Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro və ya Macarıstanın Baş naziri Viktor Orban əslində bizə deyirlər ki, diplomatiyanı həyata keçirənlər özləridir və bunu diplomatların köməyi olmadan ən yüksək səviyyədə edirlər. Populist liderlər çox vaxt peşəkar diplomatları sevmirlər, çünki onları rasional ekspertlər kimi görürlər. Halbuki, özləri daha emosional yanaşmaya üstünlük verirlər”.
Diplomatiyanın profilini yüksəltmək cəhdi
Təşkilatçılar üçün “La Fabrique” yalnız bir dəfəlik tədbir deyil, diplomatik xidmətlərin profilini yüksəltməyə yönəlmiş davamlı təşəbbüslərdən biridir.
Bunlardan biri nazirliyin artıq qapılarını ziyarətçilərə açmasıdır. Digəri isə diplomatik uğursuzluqlar və ya uğurlarla bağlı abidə və binalara xüsusi etiketlərin vurulması olacaq. Təxminən 100 səfirdən də yaxın aylarda öz məktəblərinə qayıdaraq gənclərlə danışmaları xahiş olunacaq.