
Kallasın Boreldən fərqi
AB ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yolları
AB ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yolları
Azərbaycan və Ermənistan sülh sazişinin tam mətni üzrə konsensus əldə ediblər
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
XİN: “Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni qətiyyətlə rədd edirik”
“Musəvi diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu”
İran səfirimizə qarşı psixoloji, siyasi təzyiq göstərmək variantına əl atıb
XİN rəhbərləri ABŞ-a dəvət olundu
Sülhməramlıların vətənində səslənən müharibə çağırışlarına cavab
... Ayxan Hacızadə kimdir?
Azərbaycan XİN-dən Emmanuel Makrona sərt cavab
Azərbaycan Fransaya etiraz notası verdi
Rəsmi Bakı Ermənistanın hərbi cinayətlərlə bağlı bəyanatına sərt cavab verdi
Ceyhun Bayramov və Yens Stoltenber bağlı qapılar arxasında görüşəcək
Dövlət katibindən sonra köməkçisi də azərbaycanlı nazirə zəng etdi
ABŞ dövlət katibi XİN rəhbərlərinin ikitərəfli qarşılaşmasını müsbət addım sayır
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda bir araya gəlib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcü həmkarı Maka Boçorişvili ilə Tiflisdə bir araya gəliblər. Rəsmi səfər çərçivəsində Bayramov həm fərdi, həm də nümayəndə heyətləri ilə görüşlər keçirib. Görüşlərdən sonra hər iki nazir birgə mətbuat konfransında çıxış ediblər.
Bayramov çıxışı zamanı Ermənistanla davam edən sülh prosesinə toxunaraq, bu yöndə müsbət perspektivin olduğunu bildirib. O qeyd edib ki, prosesin davam etdirilməsi Azərbaycan üçün real yanaşmadır, lakin bu yolda müəyyən addımların atılması vacibdir və indiyə qədər Ermənistan bu addımları atmır. Nazir əlavə edib ki, daimi sülh sazişinə nail olmaq üçün Ermənistanın konstitusiyasından Azərbaycana yönəlik ərazi iddialarının referendum yolu ilə çıxarılması və ATƏT-in Minsk Qrupunun ləğv edilməsi zəruridir.
Bayramov həmçinin qeyd edib ki, müharibədən sonrakı dövrün normallaşması proses tələb edir və bu, bir gündə başa çatan məsələ deyil. Bu proses çərçivəsində cəmiyyətlər arasında etimad yaradacaq tədbirlərin planlanması və həyata keçirilməsi, bu istiqamətdə görüşlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Boçorişvili isə bölgədə sülh təşəbbüslərinə dəstək verdiklərini vurğulayaraq, sülh sazişi istiqamətində atılan addımları məmnuniyyətlə qarşıladıqlarını bildirib. O qeyd edib ki, Gürcüstan olaraq regionda daimi sülhün təmin olunmasına səmimi şəkildə töhfə vermək istəyirlər.
Nazir əlavə edib ki, 17 aprel tarixində Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazir müavinlərinin üçtərəfli görüşünə ev sahibliyi edib. Boçorişvili bu cür üçtərəfli əməkdaşlıqların inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb və ölkələr arasında əməkdaşlığın gündən-günə daha da əhəmiyyət qazandığını bildirib.
Boçorişvili həmçinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq mexanizminə xüsusi diqqət ayırdıqlarını qeyd edib. O bildirib: “Bu üçtərəfli format bizim üçün olduqca dəyərlidir. Gürcüstan olaraq bu əməkdaşlığın gücləndirilməsinə böyük önəm veririk”.