
Razılaşma tamamlandı
Azərbaycan və Ermənistan sülh sazişinin tam mətni üzrə konsensus əldə ediblər
Azərbaycan və Ermənistan sülh sazişinin tam mətni üzrə konsensus əldə ediblər
AB vəzifəsi üçün baş nazir vəzifəsindən istefa verdi
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
Ceyhun Bayramov və Yens Stoltenber bağlı qapılar arxasında görüşəcək
Dövlət katibindən sonra köməkçisi də azərbaycanlı nazirə zəng etdi
ABŞ dövlət katibi XİN rəhbərlərinin ikitərəfli qarşılaşmasını müsbət addım sayır
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda bir araya gəlib
“Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının təqdimatı da keçirilib
Tehranın nümayəndə xahişi, qırılma nöqtələri, Bakı ilə Tehranın qarşılıqlı maraqları
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
Əsas müzakirə Lavrovun Bakı səfərində olacaq
İlham Əliyevlə Nikol Paşinyanın Brüssel görüşündən bir gün sonra ...
Qonaqlara Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub
İkitərəfli münasibətlərin inkişafı, enerji sahəsində əməkdaşlıq və başqa məsələlər müzakirə olundu
Təhsil naziri dərslərin nə vaxt başlanacağına aydınlıq gətirdi
“Dövlət hesablı yerlərin sayı 2 dəfədən çox artırılacaq”
Bakıda Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşən Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas sələfi Cozef Borrelin səhvlərini təkrarlamaq istəmir.
Borrel açıq-aşkar anti-Azərbaycan mövqeyindən çıxış edir və bu səbəbdən Bakıya səfər edə bilmirdi. Kaja Kallas isə İlham Əliyev və Ceyhun Bayramovla görüşdə AB ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı yollarından danışıb. Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığın davamını istəyir. AB Azərbaycan üçün əhəmiyyətli bazardır. Eyni zamanda birliyin Ermənistandakı müşahidəçi missiyasının fəaliyyətinin Azərbaycanda narazılıq yaratdığı böyük ehtimalla Kaja Kallasın diqqətinə çatdırılıb.
Kaja Kallas Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında Azərbaycanı bölgədə Avropa Birliyi üçün əhəmiyyətli tərəfdaş adlandırıb. “Enerji təchizatımızın şaxələndirilməsi məsələsində bizə kömək etdiniz” deyən Kaja Kallas bu sahədə Avropanın misli görünməmiş təhdidlərlə üzləşdiyini və Azərbaycanın Avropaya dəstəyini xüsusilə vurğulayıb. Bütün bunları Kaja Kallasdan əvvəl bu vəzifəni daşıyan Cozef Borreldən eşitməmişdik. Kaja Kallas minatəmizləmə işlərində Avropa Birliyinin Azərbaycana kömək etmək istədiyini də bildirib. Bundan başqa Kallas AB ilə Azərbaycan arasında ticarət tərəfdaşlığını genişləndirmək mövzusunda Prezident İlham Əliyevlə danışıqlar aparıb. Kaja Kallasın Bakıda söylədiklərini nəzərə alaraq, onun Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün konkret planının olduğunu söyləmək mümkündür. Əsas odur ki, Avropada bu planlara çomaq soxan olmasın.