
“Uğursuz nazir”
Lavrovun siyahısındakı “xidmətlər” hansılardır?
Lavrovun siyahısındakı “xidmətlər” hansılardır?
Azərbaycan və Ermənistan sülh sazişinin tam mətni üzrə konsensus əldə ediblər
Qovluğunda Suriya və Ukraynanı aparan Lavrov, qoltuğunda nə gətirəcək?
Hakan Fidan Rusiya XİN rəhbərinə Türkiyənin prioritetlərini çatdıracaq
Lavrov: “Rute səlahiyyətlərini aşır, qüdrətli dövlətin başçısı kimi çıxış edir”
Rusiyaya öz üslubunda “tələ” qurublar
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
XİN: “Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni qətiyyətlə rədd edirik”
Sergey Lavrov geyimi ilə narkomaniyanı təbliğ edir?
“Musəvi diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu”
İran səfirimizə qarşı psixoloji, siyasi təzyiq göstərmək variantına əl atıb
XİN rəhbərləri ABŞ-a dəvət olundu
Sülhməramlıların vətənində səslənən müharibə çağırışlarına cavab
... Ayxan Hacızadə kimdir?
Azərbaycan XİN-dən Emmanuel Makrona sərt cavab
Rusiya XİN rəhbəri erməni həmkarı ilə delimitasiyanı müzakirə edib
Xarici işlər naziri Ceyhun Bayramov iyunun 24-də Bakıda rusiyalı həmkarı Sergey Lavrovla “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzaladı. Bakıda Lavrovun diqqətinə iki məsələ çatdırılıb:
1. Rusiyada bir neçə rusdilli saytımız bloklanıb, bu yolverilməzdir;
2. Rusiyanın “Ria Novosti” agentliyi erməni separatçılarından biri ilə Azərbaycan əleyhinə reportaj yayımlayıb, bu təkrarlanmamalıdır.
Yeni saziş həm saytlarımızın bloklanmasının qarşısını almalıdır, həm də Rusiyanın dövlət nəzarətindəki media qurumları Azərbaycan əleyhinə xəbərlər, reportajlar yayımlamamalıdırlar. Ancaq böyük ehtimalla Moskvanın da bizdən qarşılıqlı tələbi var. Saytlarımızı ona görə blokladılar ki, orada Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi tənqid olunurdu. Bu təbiidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və əksəriyyətimiz Rusiya rəsmilərinin, o cümlədən Kremlin nəzarətindəki medianın “xüsusi əməliyyat” terminindən istifadə etmirik, adı üstündədir – bu işğalçı müharibədir. Mən rusdilli saytlarımıza müsahibələrimdə də bunu məhz belə adlandırıram. Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil.