
Razılaşma tamamlandı
Azərbaycan və Ermənistan sülh sazişinin tam mətni üzrə konsensus əldə ediblər
Azərbaycan və Ermənistan sülh sazişinin tam mətni üzrə konsensus əldə ediblər
ABŞ dövlət katibi seçkinin nəticəsindən asılı olmayaraq vəzifəsində qalmayacağına işarə edib
NATO toplantısına maşınla getdi
Ceyhun Bayramovdan Sergey Lavrova növbəti mesaj
Bıinken: “Milyonları soyuğa və qaranlığa sürüklədi”
Mübarizə alternativlərin olması sərfəlidir
Ölünün ətəyindən yapışmaqla irəli getmək olmaz
Ceyhun Bayramov və Yens Stoltenber bağlı qapılar arxasında görüşəcək
Dövlət katibindən sonra köməkçisi də azərbaycanlı nazirə zəng etdi
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda bir araya gəlib
ABŞ Rusiyanı ukraynalıları zorla deportasiya etməkdə ittiham edib
“Qarabağ xanlığı – tarixi və mədəni kimlik” kitabının təqdimatı da keçirilib
Tehranın nümayəndə xahişi, qırılma nöqtələri, Bakı ilə Tehranın qarşılıqlı maraqları
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
Əsas müzakirə Lavrovun Bakı səfərində olacaq
İlham Əliyevlə Nikol Paşinyanın Brüssel görüşündən bir gün sonra ...
ABŞ dövlət katibi Entoni Blinken iyulun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən görüşü müsbət addım kimi qiymətləndirib.
“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 16-da Tiflisdə görüşərək müsbət addım atdılar. Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, – dövlət katibi Blinken “Twitter” səhifəsində bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 16-da ilk dəfə ikitərəfli formatda Tiflisdə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin məlumatına görə, görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunulub.
“Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.
Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb”, – məlumatda qeyd edilir.
Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüş zamanı Mirzoyan və Bayramov Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi ilə bağlı geniş spektrli məsələləri müzakirə edib. Bununla əlaqədar tərəflər əvvəllər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin gedişatını müzakirə edib və gələcək addımlar barədə fikir mübadiləsi aparıb. O, deyib ki, Qarabağ münaqişəsinin siyasi yolla həlli regionda sabit və davamlı sülhə nail olmaq yolunda böyük əhəmiyyət kəsb edir.
Görüşdə tərəflərin təmasları davam etdirməyə hazır olduqları qeyd edilib.