Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:09 | 14 iyul 2022 | Cümə axşamı
Məqaləyə 936 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanı Ukraynanın şərqində və cənubunda nəzarət etdiyi ərazilərdən yüz minlərlə ukraynalını zorla Rusiyaya deportasiya etməkdə ittiham edib.
Blinken 260 mini uşaq olmaqla, 900 mindən 1,6 milyona qədər Ukrayna vətəndaşının həbs edildiyini, dindirildiyini və Rusiyaya deportasiya edildiyini bildirib. O, eləcə də ukraynalıların filtrasiya edilərək, Uzaq Şərqdəki təcrid olunmuş ərazilərə göndərildiyini deyib.
Blinken iyulun 13-də verdiyi açıqlamada Rusiyanın Cenevrə Konvensiyalarını pozduğunu deyib və bu əməliyyatları dayandırmağa çağırıb.
“Mühafizə olunan şəxslərin qanunsuz köçürülməsi və deportasiyası mülki şəxslərin müdafiəsi haqqında Dördüncü Cenevrə Konvensiyasının ciddi şəkildə pozulması və müharibə cinayətidir”, – deyə Blinken bildirib.
Filtrasiya əməliyyatları ailələri ayırmaq, Ukrayna pasportlarını müsadirə etmək və Rusiya pasportları vermək deməkdir. “Bu, Ukraynanın bəzi bölgələrində demoqrafik tərkibi dəyişmək üçün açıq-aydın səylərdir”, – Blinken deyib.
Blinken deyib ki, “süzgəcdən keçirilən” insanlar arasında Ukrayna ordusu, mediası, hökuməti və vətəndaş cəmiyyəti qrupları ilə potensial bağlantılarına görə təhdid edilən ukraynalılar da var.
O, həmçinin sağ qalan şahidlərin sözlərinə istinadən Rusiya hökumətinin on minlərlə insanı Moskvanın dəstəklədiyi separatçıların nəzarətində olan Donetskdəki təcridxanalara apardığını və onlara işgəncələr verildiyini bildirib.
Onun sözlərinə görə, filtrasiyaya məruz qalan bəzi şəxslərin qısa zamanda edam edildiyi barədə məlumatlar var.
Blinken filtrasiya proqramının əvvəlcədən planlaşdırıldığını və Rusiyanın digər müharibələrdə, eləcə də Çeçenistanda apardığı əməliyyatlarla oxşar olduğunu və rusların bütün bunlara görə məsuliyyət daşımalı olduğunu deyib.
O, “buna görə də biz Ukrayna və beynəlxalq hakimiyyət orqanlarının vəhşiliklərin sübutlarını toplamaq, sənədləşdirmək və qorumaq səylərini dəstəkləyirik”, – deyib.
Bu bəyanat Ukraynada iddia edilən hərbi cinayətlərlə bağlı Haaqada keçirilən Ukrayna Hesabatı Konfransından bir gün əvvəl verilib.