
Uşaqlar üçün təhlükəli markalar
Krandan su imək daha təhlükəsizdir ...
Krandan su imək daha təhlükəsizdir ...
Dəniz Brizi dəstəsinin lideri öldürüldü
Konstitusiya Məhkəməsinin qərarı Fransa sağçıları liderinin prezident seçkilərinə qatılmasına mane ola bilər
Fransanın sabiq prezidenti “Liviya işi”nə görə mühakimə olunur
Listeriya bakteriyası hamilə qadınlarda, yaşlılarda ciddi fəsadlara yol açır
Fransada baş verən qəzada 3 nəfər huşsuz vəziyyətdə xəstəxanaya aparılıb
... Yaxud Yelisey sarayındakıların Ermənistansız Qafqaz planını
Dövlət və özəl xəstəxanalarda qiymətlər artır, xidmət bahalaşır
Nitsa şəhəri başçısının evinə və ofisinə eyni anda basqın edilib
Fransa odun sobalarını qadağan edəcək
75 yaşlı qocalar təcili yardımda 8 saat gözləyir, xəstəxanaların turumu 43 min çarpayı azalıb
Nitsada 4.1 bal gücündə təkanlar qeydə alınıb
81 yaşlı ovçu nəsli kəsilməkdə olan ayını vurduğu üçün mühakimə olunur
Polis aylarla davam edən işğaldan sonra miqrantları Paris teatrından çıxarmağa başlayır
“La Gaite Lyrique”ə sığınan 400-dən çox gənc miqrant evakuasiya edilib
Avropada qırmızı xəbərdarlıq – 2 dəfə artıb, 38 ölüm qeydə alınıb
“15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə tamamilə həqiqətdən uzaqdır, yalan və iftira dolu müddəaları əks etdirir və açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir”. Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair şərhində bildirilib.
“Senat tərəfindən qəbul edilən və hər hansı hüquqi qüvvəyə malik olmayan bu qətnamə, sülh prosesinə öz töhfəsini vermək niyyətini bəyan etmiş ölkə kimi Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini bariz şəkildə nümayiş etdirir.
Ümumiyyətlə, qətnamədə qeyd edilən və reallıqlardan uzaq iddialar onun müəlliflərinin tarixi faktlardan və bölgədəki hazırkı vəziyyətdən xəbərsiz olmasını göstərir.
Təəssüflə vurğulayırıq ki, Fransa parlamentinin yuxarı palatasının qətnaməsində növbəti dəfə Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, habelə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın sülh quruculuğu, bərpa və yenidənqurma işləri ilə bağlı faktlar göz ardına alınır.
Qətnamədə “Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
Senatın bu qətnaməsi Ermənistandakı revanşist qüvvələri həvəsləndirməklə, bölgədə sülh, sabitlik və tərəqqiyə xidmət etmir və qətnamənin adında qeyd olunduğu “dayanıqlı sülhün təşviq edilməsindən” çox uzaqdır.
Fransa Senatı tərəfindən qəbul edilmiş bu növbəti qətnaməni qətiyyətlə rədd edirik”, – xarici siyasət idarəsinin şərhində qeyd olunub.