

Dövlət katibindən sonra köməkçisi də azərbaycanlı nazirə zəng etdi
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Gürcüstanda bir araya gəlib
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
Yenə də ümumi sözlər deyib geri qayıdacaq
Azərbaycan XİN Lavrovun İrəvandakı sayıqlamalarına cavab verdi
Hindistan səfiri XİN-ə çağırılıb
XİN bəyanat yaydı
İlham Əliyevlə Nikol Paşinyanın Brüssel görüşündən bir gün sonra ...
Qonaqlara Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub
XİN “Twitter” səhifəsində açıqlama paylaşdı
İkitərəfli münasibətlərin inkişafı, enerji sahəsində əməkdaşlıq və başqa məsələlər müzakirə olundu
XİN Dövlət Departamentinə cavab verdi
Azərbaycan Rusiya XİN-in paylaşımından təəssüflənib
Azərbaycan XİN-dən erməni həmkarlarına cavab
Ermənistana minaatan və digər silah-sursatlar göndərən ölkənin elçisi XİN-ə çağırılıb
Paşinyanın həqiqi siması üzə çıxdı
İyunun 3-də axşam saatlarından Azərbaycanda Rusiyanın dövlət “RİA-Novosti” agentliyinin saytına giriş bloklanıb. Bu barədə məlumatı Turan agentliyi verib. Bu da qeyd olunur ki, “RIA Novosti” agentliyi separatçı Artak Beqlaryanla müsahibə dərc edib.
İyunun 3-də Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva bu hadisə ilə bağlı açıqlama ilə çıxış edib: “Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yayması Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmir və beləliklə də ciddi təəssüf doğurur”.
Bəyanatda daha sonra deyilir: “Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə”müddəaları ilə ziddiyyət təşkil edir”.
Leyla Abdullayeva bildirib ki, “RİA-Novosti” agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır.