«Rusiya Qarabağ bazarlığına hazırdır»
Ermənistan XİN-in sabiq başçısından iddia
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
«Bütün son hadisələr onu göstərir ki, Ermənistanla Azərbaycanı müharibəyə cəlb eləməyə çalışırlar». Erməni informasiya portalının verdiyi xəbərə görə, bunu Ermənistanın keçmiş xarici işlər naziri, deputat Aleksandr Arzumanyan Qarabağ məsələsi ətrafındakı son durumu şərh edərkən bildirib.
«Lakin mən düşünmürəm ki, Ermənistan hərbi əməliyyatların bərpasında maraqlıdır. Bizim heç bir problemimiz yoxdur, ancaq hansısa qüvvələr və oyunçular bizi müharibəyə cəlb eləmək istəyir. Bu isə olduqca təhlükəli nəticələrə gətirə bilər», - deyə o vurğulayıb.
Sabiq nazir «naməlum qüvvə və oyunçu»nun kimliyini də açıqlayıb: «20-22 illik atəşkəs dövründə Rusiyanı daim o maraqlandırıb ki, regiona özünün sülhməramlı qüvvələrini yeritsin. Bizim Rusiya ilə 200 illik münasibətlərimizin təcrübəsi göstərir ki, hansısa məqamda Rusiya özünün geosiyasi problemlərinin həlli naminə bizə bir qəpiklik də dəyər vermir. Heç şübhə etmirəm, Moskva sakit vicdanla Qarabağın taleyini Azərbaycanın Avrasiya Birliyinə qoşulması ilə bağlı Bakı ilə müzakirə eləməyə hazırdır. Mən bunu əxlaqdan kənar saymıram: Rusiya öz maraqlarına xidmət edir. Bizim dövlətçiliyimiz təhlükə altındadır, biz uduzuruq. Buna görə isə gələcək nəsillərə cavab verməli olacağıq».