vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TÜRK DÜNYASI  
12:21 | 6 iyul 2014 | Bazar Məqaləyə 2048 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Gülə-gülə, cənab Gül»

Türkiyənin 35-ci prezidenti köşkdən qəsrə köçür (FOTOLAR)

DUYĞU

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə prezidenti Abdulla Gülün 28 avqustda prezidentlik görəvi bitəcək. Birinci turu avqustun 10-da baş tutacaq prezident seçkisindən sonra (ikinci tur 20-ə nəzərdə tutulub) qalib gələcək namizəd Çankaya köşkünün yeni sahibi olacaq.


Xatırladaq ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından olan Gül prezident iqamətgahı Çankayanın 7 il istifadəsindən qabaq, 4 il də ölkənin xarici işlər naziri postunda çalışmışdı. İstər dövlət başçısı (2007-20014), istərsə də XİN rəhbəri (2003-2007) olan vaxtlarda istifadə etdiyi otaqlarını təhvil verən Gülün artıq yeni qayğıları yaranıb. Türkiyə Respublikasının 46-cı baş naziri və 35-ci prezidenti həyatının qalan hissəsini yaşamaq üçün özünə uyğun bir ev tapmalıdır. Gülün keçmişdə dost olub, indi isə mehriban düşmən olduğu, prezidentlik kürsüsünə gözü düşən hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğanla qonşu olacağı xəbərləri təsdiqini tapmadı. Vaxt.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulun Anadolu hissəsində yaşamağı qərarlaşdıran Abdulla Gül və xanımı Heyrannisə Gül xeyli müddətdir Boğaz körpüsü mənzərəli ev axtarışlarını davam etdirdi. Media son xəbər olaraq, ölkənin birinci ailəsinin arzuladığı mülkü tapması məlumatını yaydı.

İddia olunur ki, Gül ailəsi İstanbul boğazına yaxın bir ərazidə istədiyi şərtlərə uyğun bir villaya - Hidiv Qəsrlərindən birinə sahib olublar. Adıçəkilən qəsrlər 28 villadan ibarət olub, Bosfor boğazının gözü adlanan 103 min km hektar ərazidə yerləşir və sabiq prezident Turqut Özalın hakimiyyəti illərində tikilərək satılıb. A.Gülün aldığı qəsrin qiymətindən

 söz açılmasa da, vəziyyəti barədə kifayət qədər məlumat verilib. Ətrafı qalla divarları kimi hündür hasarların üzərindən elektrik məftilləri çəkilib. Dörd tərəfi üzük qaşı kimi təhlükəsizlik kameraları ilə «bəzədilən», iki helikopterin nəzarətində olan bu villalardan 2-nin tikilişi digər 26-dan xeyli fərqlənir. Türkiyədə «A» sinif villalar hesab olunan həmin iki qəsrdən birinin A.Gülə məxsus olduğu artıq qətiləşib.

A.Gülün qonşuları da Türkiyədə təkcə zənginlikləri ilə seçilmir, həm də kifayət qədər tanınmış insanlardır. Onlardan keçmiş  (TUSIAD) başqanı Tuncay Ozilhanın, məşhur biznesmen Yücəl Kurttəpəllinin, «Fənərbaxça» klubunun keçmiş futbolçusu və baş məşqçisi Aykut Kocamanın və s. şəxslərin adlarını çəkmək olar.