Prezident seçkilərinin vaxtı açıqlandı
Abdulla Gülün səlahiyyətləri avqustun 28-də bitir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Türkiyədə ilk dəfə keçiriləcək prezident seçkilərinin tarixi məlum olub. Türkiyə Prezidenti Abdulla Gülün səlahiyyətləri avqustun 28-də bitir. Yüksək Seçki Qurumu rəsmi şəkildə seçki tarixinin avqustun 10-da olacağını elan edib. Əgər birinci turda prezident seçilməsə, ikinci tur avqustun 24-də olacaq.
Türkiyədə martın 30-da keçirilən bələdiyyə seçkilərindən sonra, indi də ölkə gündəmini avqustda keçiriləcək prezident seçkiləri işğal edib. Türkiyədə bu il keçiriləcək prezident seçkilərinin tarixi də artıq açıqlanıb. Seçkilər avqustun 10-da, bazar günü baş tutacaq. Bu seçkilər həm də ona görə əhəmiyyətli sayılır ki, Türkiyə vətəndaşları ilk dəfə prezidentlərini özləri seçəcək.
Türkiyənin siyasi qüvvələri isə bu seçkilərə ciddi hazırlaşır. Əsas müxalifət partiyalarından isə artıq kimin prezidentliyə namizəd olacağı bəllidir. Yalnız hakim AKP-dən kimin namizəd olacağı sürprizdir. Ədalət və İnkişaf Partiyası əsas 2 adın üzərində dayanıb. Abdülla Gülün və ya Rəcəb Tayyib Ərdoğanın namizəd olacağı məlum deyil. Buna görə də bələdiyyə seçkilərindən sonra Gül və Ərdoğanın etdikləri açıqlamalar çox maraqla izlənilir.
Gül isə aprelin sonu, mayın əvvəlində namizəd olacaq şəxsin elan ediləcəyini açıqlayıb. Ərdoğan da bu məsələni prezident Güllə müzakirə edəcəyini açıqlamışdı. Ərdoğanın ötən həftə jurnalistlər üçün etdiyi açıqlama isə xüsusi diqqəti çəkir, baş nazir konstitusiyaya əsasən prezident idarəçiliyin başında olacağını deyib. Bu seçkilərdən sonra məsuliyyət tamam başqa cür olacaq, protokol prezident deyil, tərləyən, qaçan və qaçdıran prezident olacaq, deyib. Bu, ifadələrdən sonra da Ərdoğan Çankaya Köşkü üçün özünü anlatdığı bildirilir.
Qeyd edək ki, 1923-cü ildən indiyə kimi Türkiyə Cümhuriyyəti tarixində 10 nəfər prezident olub.