vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
TÜRK DÜNYASI  
11:10 | 8 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 2190 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkmənlər iki od arasında

İraq HHQ hücumu nəticəsində 2 nəfər ölüb, 29-da yaralanıb

Aydan AXUNDOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Mosulun şimalında «İraq Şam İslam Dövləti» (İŞİD) ilə İraq Ordusunun bombardmanı arasında qalan türkmənlər qaçmağa yer tapmırlar. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün İraq Hava Qüvvələrinin bombaladığı Mosulun şimalında İŞİD nəzarətindəki Türkmən qəsəbələrindən qaçan minlərlə mülki türkmən şimaldakı Kürdüstan bölgəsinə buraxılmadıqları üçün yollardakı boş tikililərə və inzibati binalara sığınıblar.


Qeyd edək ki, adını «İslam Dövləti» (İD) olaraq dəyişdirən İŞİD-in nəzarətində olan Mosulun şimal qəsəbə və kəndlərində ötən gün İraq Hava Qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 2 insan ölüb. Aralarında qadın və uşaqlar da olmaqla 29 nəfər isə yaralanıb.

Şahidlərin sözlərinə görə, türkmənlərdən ibarət 45 minlik Rəşidiyə qəsəbəsi başda olmaqla Türkmən qəsəbə və kəndlərindən qaçan minlərlə insan peşmərgələr tərəfindən Kürdüstana buraxılmayıblar. İraqlı türkmən şahidin dediklərindən: «Mosuldakı kürdlər Kürdüstana getdi. İŞİD sünni ərəblərə toxunmur. Şiələr də cənuba-Nəcəf və Kərbəlaya qaçdılar. Bizim gedəcək yerimiz yoxdur, ortada qalmışıq».

Qeyd edək ki, əsas istəkləri Türkiyəyə getmək olan türkmənlər pasportları olmadığı üçün bu ölkəyə daxol ola bilmirlər.