vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
10:04 | 9 iyul 2014 | Çərşənbə Məqaləyə 3635 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Varlılar da ağlayır ...

... və ya qanlı olaylardan daman qan damlaları ilə yazılan əsərlər

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qanun» Nəşriyyat evi bu həftə də detektiv janra müraciət edib. «Çapçılar» dünyada tanınmış yazarları məşhur edən silsilə əsərlərə müraciətlə oxucularını sevindirmək istəyib. Bu əsərlər elə bir qəbildəndir ki, istənilən şəraitdə (yol gedərkən, istirahətdə və s.) onlardan ayrılmaq istəmirsən.


Belə ki, 19-ci əsr ədəbiyyatına öz damğasını vuran Artur Konan Doyl və 20-ci əsrin fitri istedadı Aqata Kristi İngilitərə kriminal aləmin, həmçinin o dövrdə yaşamış varlıların (indiki dildə desək oliqarxların) yaxın ətraflarında baş verən cinayətləri qələmə almış və bu hadisələrə öz ədəbi dəsti xəttini verib. Təsadüfi deyil ki, qələmə alınanların böyük əksəriyyəti baş vermiş olaylardan götürülüb. Hər iki yazar yaratdığı qəhrəmanlarla (Şerlok Holms və Erkül Puaro) çözülməz düyünlərdə, qaranlıq olaylarda baş verən qətlləri açmaqla cəmiyyətə heç bir cinayət cəzasız qalmır mesajını ötürüb. Kitabsevərlər xatırlamış olar ki, «Qanun» Nəşriyyat evi mütəmadi olaraq iki dahinin silsilə əsərlərinə çap edir. Bir müddət əvvəl oxuculara A.Kirstinin ««Şərq ekspresi»ndə qətl», A.K.Doylun isə «Qorxu vadisi» kitabları təqdim edilmişdi. İndisə yeni kitabların məzmunu ilə qısa tanış olun. 


«Buludların üzərində ölüm»

 

Aqata Kristinin «Buludların üzərində ölüm» romanı müəllifin ən maraqlı əsərlərindən biridir. Əsərdə hadisələr təyyarədə baş verir. Varlı sələmçi qadın ölür. İlk baxışdan heç nə bu ölüm faktında qəsdin, qətlin olduğunu göstərmir. Ancaq səriştəli detektiv Erkül Puaro çox tezliklə anlayır ki, bu, bilərəkdən törədilən, ustalıqla düzülüb-qoşulan qətldir. O, araşdırmalara başlayır və sonda hər şeyin heç bir şübhə doğurmayan şəxsin planlaşdırdığını öyrənir. Qətlin motivi isə həmişəki kimi sadə və təbiidir: varlanmaq, sərvət əldə etmək ehtirası.

Oxucular Aqata Kristinin bu əsərini də sevə-sevə oxuyacaqlar.

Əsərin tərcümə edən Aslan Quliyev, redaktor Xalid Kazımlı, korrektor İradə Musalıdır.


 ***

«Dördlərin işarəsi»


Artur Konan Doylun məşhur «Dördlərin işarəsi»  detektiv romanında hadisələr, Hindistanın Aqra knyaz­lığının hakiminin cavahirat mücrüsü ətrafında cərəyan edir. Bu mücrünü Hindistanda hərbi əməliyyatlarda iştirak edən ingilis zabiti Conatan Smol yerli sakinlərlə birlikdə ələ keçirir.

Romandakı sərgüzəştli məqamlar, həyəcanlandırıcı motivlər və tanınmış xəfiyyə Şerlok Holmsun «Skotlənd Yard»ın polis əməkdaşlarından növbəti dəfə üstünlüyü rəngarəng səhnələrlə öz əksini tapır…

Artur Konan Doylun məşhur «Dördlərin işarəsi» detektiv romanı ilk dəfə 1890-cı ildə nəşr olunmuşdur.

Kitabın tərcüməsini Samir Bulud, redaktorluğunu Rövşən Ağayev edib.