«Dil və biz»
«Bizim «məlahətli», «poetik» dilimiz danışıqlarda gözə dəymir»
Hörmətlə, Şahbaz XUDUOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ-da qızıl medal
Əsərləri 4 dilə tərcümə edilən yazıçı mükafat qazandı
-
Şəhərə yeni kitab gəlib
Gələcək Elmlə Gələcək!
-
Mütaliə rəqabəti...
... Yaxud “Mənim adım Zorbadır”
-
“Aara məni basınca...”
“LİBRAFF” Nigar Köçərlinin ittihamlarına cavab verib
-
«Atəş və qəzəb: Trampın Ağ Evində»
ABŞ prezidentini rüsvay edən kitabda nələr yazılıb?
-
«Heykəl tənhalığı»
Salam Sarvanın yeni kitabı işıq üzü gördü
-
Daha bəsdirin...
... Yazmayln belə dərsliklər
-
... Çörək və kitab
Ölkədə iki şey ucuz olmalıdır ...
-
Şagirdlər nə oxusun?
Yay tətili dövründə şagirdlərin mütaliəsinin təşkili ciddi problem olaraq qalır
-
Erotik «xalq nağılları» ...
... yaxud uşaqlarımız nə oxuyur?
-
40 yaş sindromu
Gənc deyilsən artıq...
-
«Beyin axını və Azərbaycan: elmi-sosioloji təhlil»
Gənc alimin yeni kitabı bu cür adlanır
-
«Nəşriyyat işi haqqında» qanunda dəyişiklik
Prezidentdən daha bir sərəncam
-
Cəmiyyətimizin kitab problemi
Tirajı 1000-ə çatmayan nəşrlərin qiyməti «zilə» çıxır
-
«Kitab qiymətləri əl yandırır»
Azərbaycanda tələblər hansı imtiyazları istəyir?
-
Rüstəmxanlı ailəsində dəhşətli faciə
Şahbaz Xuduoğlunun həyat yoldaşı və Tənzilə Rüstəmxanlının bacısı qəzada həyatını itirdi
Dil insanı cəmiyyət üçün yaradır. Dilin yoxsa, demək cəmiyyətin böyük bir kəsimindən kənardasan. Biz bir-birimizlə hansı dillə danışırıq? Bu dil nə qədər mədəni, təbii, nəzakətlidir? Danışıqda, ünsiyyətdə dilin nəzakət qaydalarından istifadə edirikmi? Və bunlar bizim gündəlik həyatımıza necə öz təsirini göstərir?
İngilislər heç zaman «mənə çay ver» deməzlər. Onlar «please bring me a cup of tee» deyərlər. Hətta düşmən də olsa ingilis dilinin bu qaydası pozulmazdır.
«Mənə o kitabı verin». Bizdə adətən heç «verin»də işlətmirlər, elə «ver» deyirlər. İngilis dilində «Could you please give me this book» deyərlər. Nəyisə anlamayanda biz «nə?» deyə sual veririk. »What?» desən, bu, ingilis üçün ən böyük nəzakətsizlik olar . Gərək «pardon?», yaxud «sorry?» deyəsən.
Niyə biz taksi sürücüsünə «zəhmət olmasa, saxlayın «yox, «saxla burda» deməliyik, niyə biz süfrəçiyə, yeməkçiyə «zəhmət olmasa», yaxud «lütfən», «bağışlayın» deyə müraciət etmirik? «Ala, yol ver», «qaqaş, icazə ver, keçim», amma «zəhmət olmasa yol verin» demirik?
Niyə bizdə nəzakət xatirinə işlədilən sözlər və hərəkətlərə «saxta», «qeyri-ciddi», yaxud «səmimi deyil» kimi yarlıqlar vurulur.
«Bəli», «baş üstə», «oldu» kəlmələri tamamən leksikondan çıxarılıb. Bizim ən nəzakətli müraciət forması indi «müəllim» olub. O da palançı, çəkməçı, taksiçi, qapıçı, xidmətçi ucdantutma hamıya «müəllim» deyildiyinə görə gülüş hədəfinə çevrilib. Və elə düzgün də olub. Niyə biz bir-birimizə «dost», «qardaş», «əzizim» deyə müraciət etmirik. Bütün məktublarımızı «hörmətli» deyən qeyri-müəyyən bir müraciət forması ilə başlayırıq. Əgər hətta «Hörmətli» deyə başlayırıqsa.
Bizdə ən böyük ədəbsizlik gülməkdir. Xüsusən rayon yerlərində günlərlə insanlar gülümsəmirlər. Kişi acıqlı, qadın itaətkardır. Hətta qadınları tərif edəndə «filankəs çox ismətli insandır, kimsə onun dodağının qaçdığını görməyib» kimi əcaib təqdimatdan istifadə edirlər. Gülümsəməyən kişiyə isə «çox zəhmlidir» deyirlər.
Gülənə «yəqin havalanıb», yaxud «dişlərini ağartma» deyərlər.
Avropada təsadüfən gözlərin kiminsə gözünə sataşsa dərhal gülümsərlər. Mümkün qədər insanların daha çox gülümsəmələrinə çalışarlar.
Bizdə küçədə təsadüfən bir qadının gülümsəməsi onun təqib olunması ilə nəticələnir. Evdən çıxan qızlara verilən ilk çöl tapşırığı «küçədə az gül» olur.
Avropada hətta yemək dadsız olanda belə insanın zəhmətini yerə vurmazlar, ən azı gülümsəyib «dadlıdır» deyərlər. Bizdə isə dərhal tənqidə keçərlər «duzu azdır», «yağını çox etmisən», «bunu belə etsəydin, daha yaxşı olardı», «mən bunu belə edirəm» və sair.
Bizim dilimiz «məlahətlidir», «poetikdir» deyənlər görmürlər ki, danışıqlarda, müraciətlərdə heç bir məlahət, poetiklik qalmayıb. Kobud və çox yabanı bir dil, danışıq üslubundan bəhrələnirik. Məhz bu səbəbdəndir ki, kimsə kimsəni dinləmir, kimsə kimsəyə inanmır. Hamı üz-üzə yox, arxa-arxayadır. Üz-üzə oturub danışmaq daha çətin olub, nəinki ardınca, qarasınca danışmaq. Çünki üz-üzə oturub danışanda istifadə olunan ortaq kəlmələrdən imtina olunub.
Sözün, fikrin kəsərini məna və tutumluluqla deyil, sonda qoyulan nida ilə bildirməyək. Daha çox hamının ortaq kəlmələri ola biləcək «buyurun», «zəhmət olmasa», «təşəkkür edirik», «çox sağ olun», «minnətdaram» , «bəli» və sair sözlərdən istifadə eləyin.
Kitab oxumaq vərdişi
Hər gecə yatmaqdan öncə körpənizə nağıl oxuyun. Bəzi analar bunu hələ körpə qarında olarkən edir. Təbii, hər bir ana uşağına öncə layla oxuyur. Heç bir uşaq anasının laylasını unutmur. Həyatı boyu.
Tədricən laylanı nağıllarla əvəz edin. Qoy uşağın yaddaşında layla ilə yanaşı o nağıllarda yaddaşına hopsun.
Körpə rəngləri şeçməyə başlayanda, valideynlərini tanıyanda, nağılların həcmini artırın.
Artıq 5-6 yaşa gələndə uşaq özü kitablar oxumağa meyllənəcək. Birinci sinifdə isə rahat oxumağı bacaracaq.
Misal:
Mənim dostum deyir ki, o uşağa hər gecə nağıl oxuyurdu. Uşaq məktəb yaşında artıq özü oxumağa həvəsli idi. İndi harasa səyahətə gedəndə mütləq nağıl kitabları götürür. Oynamaqdan yorulanda, yaxud oynamaq, əylənmək imkanı olmayanda dərhal kitabı açıb oxuyur. Ətraf ona mane olmur. Səs-küy onun diqqətini pozmur. Kitab onun üçün ən yaxşı əyləncədir.
Əziz dostlar,
Bu məktubumu oxuduğunuz günü nəzakətli ifadələr günü elan edin, nəzakətli ifadələr barədə mənə öz fikirlərinizi yazın.
Uşaqlar üçün çoxlu nağıl kitabları buraxmışıq, onlar qalın, səliqəli, keyfiyyətlidirlər. Oxuduğunuz kitabı qeyd edib körpənizin kitabxanasına qoyun. Qoy indidən onun kitabxanası olsun.
Keçən məktuba 83 cavab gəlmişdi. Hamısında təkliflər və iradlar var və heç birini cavabsız qoymamışam. Sizdən oxumaq istədiyiniz kitablarla bağlı təkliflər gözləyirəm. Oxuduğunu kitablar haqqında isə rəylərinizi bildirməyi unutmayın.