vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ELM-TƏHSİL, DİN  
11:41 | 5 noyabr 2016 | Şənbə Məqaləyə 3590 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cəmiyyətimizin kitab problemi

Tirajı 1000-ə çatmayan nəşrlərin qiyməti «zilə» çıxır

Zaur CƏFƏROV
Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Gündəmdə tez-tez müzakirə olunan, o qədər həllini tapmayan vacib problemlərdən biri. Kitabların qiyməti və bir də sadəcə rəflərdə qalması bizə bu mövzuya yenidən müraciət etməyə əsas verir.

Oxucularla onlar arasındakı isti münasibəti soyudan başlıca səbəblərdən biri onlara qoyulan yüksək qiymətlərdir. Amma, qiymətin yüksək olması da nə kitabların, nə də mətbəələrin günahı deyil. İlk səbəb çap məhsulları üzərinə yenidən tətbiq olunan 18 faizlik əlavə dəyər vergisidir. Bu da istər-istəməz qiymət artımı ilə nəticələnir. Əslində, kitabların istehsalı o dərəcə də ucuz başa gəlmir. Heç oxumağa dəyməz dediyimiz kitabların bir nüsxəsi belə bir neçə mərhələlərdən keçməklə ərsəyə gətirilir. Bahaçılıq beyinlərdə «qiymətlər od tutub yanır» fikrini formalaşdırmaqla bizi bir az da mütaliədən uzaqlaşdırır. İndi nəşr olunan kitabların böyük bir qisminin tirajı 2000-i aşmır. Ancaq, ölkə prezidentinin 2004-cü ildə latın qrafikalı nəşrlərin kütləvi tirajı haqqında sərəncam imzalaması nəticəsində kitabların tirajı 25000 idi.

Lakin çox ciddi tələb olunan ali məktəb dərsliklərinə bu dərəcədə diqqət ayrılmır. Ali məktəb üçün kitabların qiyməti da ayrıca bir problemdir. Qiymətinin baha olmasın başlıca səbəbi müəllifin öz vəsaiti hesabına nəşr olunmasıdır. Tirajı isə olduqca az olur və maksimum 1000 ədəd. Həmin kitabların bir çoxu universitet kitabxanalarında olmadığından və satışda çətin tapıldığından tələbələr məcburən həmin kitabın nüsxəsini çıxarmağa məcbur olurlar. Bu problem hər semestrin əvvəllərində qabarır. Orta məktəb dərslikləri hər 4-5 ildə bir yenilənir. Lakin bunlara baxmayaraq onlar məktəb kitabxanalarında rəflərdə verildiyi kimi təptəzə qalır, illər keçdikcə tozlanır. Şagirdlərə isə daha çox əvvəlki illərdə nəşr olunmuş kitablar verilir.

Ancaq ali məktəb dərslikləri on illərlə istifadə olunur və köhnələnlərdən əlavə ədəbiyyat kimi istifadə edilir. Buna görə də, dövlət tərəfindən qiymətli dərsliklərə, dissertasiyalara, monoqrafiyalara, elmi işlərə maliyyə vəsaiti ayrılsa və ən az hər birinin tirajı 10000-ədək çatdırılsa gözəl olar. Həm tələbələr dərslik problemindən çətinlik çəkməz, həm də dərslik müəllifləri həvəsdən düşməzlər.

Dərslik problemi bir yana qalsın, bu gün üçün gənclərin bir qismində bədii ədəbiyyata qarşı maraq hissi oyanmaqdadır. Bədii ədəbiyyatın, mütaliənin böyük əhəmiyyətini nəzərə alaraq yüksək qiymət amilinin həmin marağı söndürməsinə yol vermək olmaz. Ötən əsrin insanlarına bir də evlərinə nəzər salsaq onların evlərində çoxlu kitabların olduğunun şahidi olarıq. Bəs indiki gənclik niyə mütaliə etməkdən məhrum olsun? Təkcə, bədii kitablar deyil, bütün mövzulara dair kitablar hamı üçün münasib şəkildə əlçatan olmalıdır. Düzdür, belə əlçatanlıq elektron kitabxanalar vasitəsilə mümkündür. Ancaq heç bir elektron formatda olan əsl kitabların verdiyi effekti verə bilməz.

Ümid edək ki, bu məsələ öz həllini gözlədiyimizdən də qısa vaxt ərzində öz həllini tapacaq. Kitablar rəflərdə tərk edilmiş və tozlanmış vəziyyətdə qalmayacaq, bizim ən yaxın dostumuza çevriləcək.