ABŞ-da qızıl medal
Əsərləri 4 dilə tərcümə edilən yazıçı mükafat qazandı
İLKİN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Şəhərə yeni kitab gəlib
Gələcək Elmlə Gələcək!
-
“Qalan 20 faizi də...”
Pompeo İranın “nəfəsini kəsmək” niyyətində qəti olduqlarını açıqladı
-
ABŞ müəyyən nəticələr çıxarıb
İndidən “S-500”lərə köklənmək tez deyilmi?..
-
“Buna məcbursunuz”
Tramp zəng etdi, qiymət düşdü
-
Mütaliə rəqabəti...
... Yaxud “Mənim adım Zorbadır”
-
Venesuelaya sanksiyalar bazara təsir edəcək
Bakı görüşünün OPEC+ formatını uzatmağa zəmin yaradacağı gözlənilir
-
Qlobal neft hasilatı azalıb
2019-da qara qızıla tələbat artacaq
-
Azərbaycan nefti ucuzlaşdı
Qiymətlərdə 10 sent düşmə var
-
Diktator ölkəsini blokadaya alıb
Maduronun “başkəsənləri” humanitar yardıma od vurdu, ABŞ ultimatum verdi
-
“Səddamı da bu yolla devirdilər”
Elxan Şahinoğlu: “MKİ Venesuelanın ordu generalları ilə danışıqlar aparır”
-
Venesuelaya qarşı sanksiyalar sərtləşdi
Bu dəfə hədəfdə olanlar əsasən güc strukturlarının rəhbərləridir
-
Neft daha da bahalaşdı
ABŞ və Çinin sayəsində
-
66 dolları keçdi
Neft qiyməti üzüyuxarı istiqamət götürüb
-
“Brent”in qiyməti yüksələcək
“Goldman Sachs” 67, “Spenser Welch” 70 deyir
-
7 gündə 7 qurğu
ABŞ-da qazılan neft quyularının sayı artıb
-
“Azərbaycan bu dəyişiklikləri ciddi analiz etməlidir”
İqtisadçı professordan xəbərdarlıq
Azərbaycanlı yazıçı Rövşən Abdullaoğluya “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub.
Həmyerlimiz bu yüksək mükafata iki il öncə “The Man on the Rails” (“Relslər üzərinə uzanmış adam”) əsərinə görə layiq görülmüşdü. Lakin koronavirus pandemiyası səbəbindən təxirə salınmış mükafatlandırma mərasimi 2022-ci ilin 18-19 noyabr tarixlərində ABŞ-nın Mayami şəhərində keçirilib.
“Readers’ Favorite” kitablara rəy və mükafat verilməsi ilə məşğul olan, fəaliyyəti BBB (Best Business Bureau) tərəfindən yüksək (A+) dəyərləndirilmiş beynəlxalq ədəbi qurumdur. Adıçəkilən qurum kitabların təhlili üçün tanınmış dilçi alimlər, məşhur yazıçılarla əməkdaşlıq edir.
R.Abdulloağlu adəçəkilən nüfuzlu beynəlxalq mükafata layiq görülməsi ilə bağlı bunları deyib: “Həmişə kitabların nəhəng təsirindən, mənəvi qüdrətindən danışıram. Bu dəfə isə bir kitab sayəsində okeanın o tayında, çoxmillətli geniş auditoriya qarşısında ölkəmizi təmsil etmək, bayrağımızı açmaq nəsib oldu. Çox qürurvericidir. Bu mükafatı tək özüm yox, sevincimi bölüşən, daim ən fərqli şəkillərdə öz dəstəyini ifadə edən əziz həmvətənlərim adına qəbul etdim”.
Ənənəvi məşhur Mayami Beynəlxalq Kitab sərgisi ilə eyni vaxta salındığı üçün sərgiyə qatılan nəşriyyat təmsilçiləri də mərasimdə iştirak etmək fürsəti qazanıblar. Təşkilatçılar açılışı etdikdən sonra yazıçıların, kitab sektorunda fəaliyyət göstərən şəxslərin çıxışlarına yer verilib.
Qeyd edək ki, mükafatın təqdimat mərasimində Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və Azərbaycan-Amerika Gənclər Təşkilatının rəhbəri Nabat Eminova da iştirak ediblər. Mərasimdən sonra diaspor fəalları R.Abdullaoğlu ilə Amerikada ölkəmizi və mədəniyyətimizi tanıtmaq məqsədilə bir sıra layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, bu günə kimi Rövşən Abdullaoğlunun 27 kitabı işıq üzü görüb. Azərbaycanda çap olunan kitablarının əksəriyyəti bestseller olub, əsərləri türk, ingilis, rus, ərəb dillərinə tərcümə edilib. Bundan əlavə, yazıçı Amerikanın nüfuzlu beynəlxalq ədəbi qurumlardan müsbət rəylər, fərqlənmə nişanları alıb. Onun ən son çap olunmuş “Koramal” romanı Qarabağ savaşına həsr olunub.