

Əsərləri 4 dilə tərcümə edilən yazıçı mükafat qazandı
Dəli dahilər, yoxsa dahi dəlilər?
“Tarixdə ancaq elmə, təcrübəyə və məntiqə önəm verən cəmiyyətlər qalacaq”
Hətta iqtidarlar belə elmin tərəqqisinə mane ola bilmirlər (Leszek Kumor)
Elmlər doktoru alanların yaşı 60-dan yuxarı başlayır
... Yaxud “Mənim adım Zorbadır”
“LİBRAFF” Nigar Köçərlinin ittihamlarına cavab verib
ABŞ prezidentini rüsvay edən kitabda nələr yazılıb?
Salam Sarvanın yeni kitabı işıq üzü gördü
... Yazmayln belə dərsliklər
Ölkədə iki şey ucuz olmalıdır ...
Yay tətili dövründə şagirdlərin mütaliəsinin təşkili ciddi problem olaraq qalır
... yaxud uşaqlarımız nə oxuyur?
Gənc deyilsən artıq...
Gənc alimin yeni kitabı bu cür adlanır
Prezidentdən daha bir sərəncam
Dünya şöhrətli amerikalı alim Tomas Kormenin “Algorithms Unlocked” kitabı Ana dilimizdə çapdan çıxdı. “Alqoritmlərin Sirri” kitabı əfsanəvi Massaçusets Texnoloji İnstitutunun çap evi olan “MIT Press”in dilimizə tərcümə edilən ilk kitabıdır.
Kitabı əvvəllər “Samsung Electronics” şirkətinin Suvondakı (Cənubi Koreya) Baş ofisində Mobil aparıcı mühəndis, indi isə Ceff Bezosun məşhur Amazon şirkətində (Vankuver, Kanada) çalışan Adil Əliyev tərcümə edib. Kitabın elmi redaktoru və ön sözün müəllifi isə İbrahim Nəbioğludur…
Kitabın ərsəyə çıxması ilə bağlı maraqlı tarixçəsi var. Bu hekayəni İ.Nəbioğlunun dilindən eşidək:
“Adil Koreyadan Kanadaya pandemiyadan 4-5 ay əvvəl – 2019-un yay aylarında köçmüşdü.
Nə yeni işinə, nə də təzəcə gəldiyi ölkəyə alışmadan o da hamı kimi evinə “həbs olundu”.
İstanbul–Vankuver arasındakı telefon danışıqlarımızda tez-tez Ana dilimizdə müasir elmi-texniki kitabların azlığından söz açırdıq.
Mənim inadla müdafiə etdiyim “Tədris Ana dilində olmalıdır” tezisi ətrafında xeyli dərdləşirdik.
Və bir gün “kodlaşdırma” haqda bir kitabı Ana dilində görmək istəmək arzumuzu həyata keçirməyə qərar verdik…
“Alqoritmlərin Sirri” işıq üzünə belə çıxdı.
Adillə birgə kitabın tərcüməsindən tutmuş dizaynına, səhifə düzənindən “verstkasına” qədər özümüz etdik.
Kitab bu bir neçə həftə ərzində o qədər böyük rezonansa səbəb olub ki, onu artıq BDU-nun dərs kitabları siyahısına salıblar.
“Rus dili sabahın və elmin dili deyil” fikrimi dəfələrlə əsaslandırmışam.
Ana dilimə olan sevgimi dəfələrlə əməldə göstərmişəm.
İndi də Adillə istədik ki, bizim gənclər də Vətənlərində özlərini qərib hiss etməsinlər, Tomas Kormenin “koding”inə analarının dilində yiyələnsinlər.
Bu kitab sabah haqqındadır, istədik ki, gənc riyaziyyatçı və informatiklərimiz sabaha güclü çıxsınlar…
Keçmişdə şəhərə təzə kino gələndə sevinərdilər.
Bu gün isə istəyirik ki, şəhərə yeni kitab gələndə sevinsin insanlar…
Yaşasın Ana Dilimiz!
Gələcək Elmlə Gələcək!
Gələcək Çox Tez Gələcək!”