«Protokol naminə görüş mövqeyimizə uyğun deyil»
Araz Əzimov: «Bizim üçün məsələ 7 rayonun qaytarılması yox, ...»
Aysel HƏSƏNOVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“İftira dolu müddəalar”
XİN: “Fransa Senatı tərəfindən qəbul edilmiş qətnaməni qətiyyətlə rədd edirik”
-
Səfirə xəbərdarlıq
“Musəvi diplomat fəaliyyətinə uyğun olmayan işlərlə məşğul olurdu”
-
Vaşinqtondan Soçiyə cavab
XİN rəhbərləri ABŞ-a dəvət olundu
-
“Müttəfiqliyin ruhuna ziddir”
Sülhməramlıların vətənində səslənən müharibə çağırışlarına cavab
-
Leyla Abdullayevanın xələfi ...
... Ayxan Hacızadə kimdir?
-
“Öhdəliklərin yerinə yetirilməməsi ...”
Azərbaycan Fransaya etiraz notası verdi
-
“... Riyakarlığının nümunəsidir”
Rəsmi Bakı Ermənistanın hərbi cinayətlərlə bağlı bəyanatına sərt cavab verdi
-
Bakının Moskvadan tələbləri var
Amma Kremlin istəyi ilə işğala “xüsusi əməliyyat” demək mümkün deyil
-
Lavrov yenə niyə gəlir?
Yenə də ümumi sözlər deyib geri qayıdacaq
-
Fərrux dağının delimitasiyaya aidiyyəti yoxdur
Azərbaycan XİN Lavrovun İrəvandakı sayıqlamalarına cavab verdi
-
“Belə münasibətin qəbuledilməzdir”
Hindistan səfiri XİN-ə çağırılıb
-
“Ermənistan Baş prokurorunun Xankəndinə səfəri təxribatdır”
XİN bəyanat yaydı
-
“RİA-Novosti” bloklandı
XİN hadisə ilə bağlı açıqlama yayıb
-
Azərbaycanın “qara siyahı”sı
Jurnalistlər, müğənnilər, heykəltəraşlar, fotoqraflar - 710 nəfər
-
“Təlxək, kloun ...”
Azərbaycan XİN deputatı biabır etdi
-
Eks-səfirdən ilginc açıqlamalar
Xəzər İbrahim Türkiyədəki səfirliyimizdən narazılığa son qoya biləcəkmi?
«Ümidvar olmaq istərdim ki, cənab Uorlik status-kvonun dəyişdirilməsinin zəruriliyini dilə gətirəndə məhz torpaqlarımızın azad edilməsini və bundan sonrakı məsələlərin həlli üçün yolun açılmasını nəzərdə tutub. Mən status-kvonun başqa cür dəyişdirilməsinin tərəfdarı deyiləm». Bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
«Azərbaycan dəfələrlə bildirib ki, münaqişənin həllini indiki nöqtədən irəli aparmaq üçün müzakirələrə hazırdır. İlk öncə konkret tədbirlərin görülməsi, yəni ərazilərin boşaldılmasının xronoloji sırası müəyyənləşməli, ona paralel olaraq müvafiq digər tədbirlərin görülməli, qoşunların o ərazilərdən geri çəkilməli, torpaqlar Azərbaycanın nəzarətinə verilməlidir. Daha sonra işğal altında olan ərazilərimizdə yerli hakimiyyət orqanları bərpa edilməsi, təmizləmə işləri aparılmalıdır. Çünki orada ərazilərin minalardan təmizlənməsindən başqa min cür problem var. Sonra normal həyat sürmək üçün şəraitin yaradılmalıdır. Biz bu məsələlərin sülh planına daxil edilməsini mümkün hesab edərdik. Növbəti mərhələlərdə Azərbaycan əhalisi Dağlıq Qarabağa qayıtdıqdan sonra iki icmanın bir-biri ilə birgə yaşaması imkanlarını yenidən öyrənməyə başlayacaqlar. Siyasi məsələlərin müzakirəsi o mərhələlərdən sonra mümkün olacaq. Əgər cənab Uorlik bunu nəzərdə tutursa, mən onunla razıyam».
Araz Əzimov ABŞ səfiri Riçard Morninqstarın Dağlıq Qarabağa bitişik 7 rayonun Azərbaycana qaytarılmalı olduğu barədə bəyanatına da münasibət bildirib:
«Prezidentimiz həmişə deyib ki, Azərbaycan 7 rayonun qaytarılması üçün çalışmır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qərarlıdır. Prezident Xarici İşlər Nazirliyində keçirilən müşavirədə nitqi zamanı da bildirdi ki, 7 rayondan başqa Dağlıq Qarabağ da işğal altındadır. O səbəbdən yeddi rayonun boşaldılması, bu rayonların Dağlıq Qarabağa aid olmaması və s. bu kimi ifadələr belə fikir formalaşdırmağa yönəldilib ki, 7 rayon Azərbaycana qaytarılsın, bu kifayət edər. Məsələ ərazi bütövlüyünün bərpa edilməsidir. Bildiyim qədər Azərbaycan tərəfi məsələni həmişə belə qoyub və dövlət başçımız nitqində bunu bir daha təsdiq edib».
Prezidentlərin görüşünün mümkünlüyü məsələsinə münasibət bildirən Araz Əzimov qeyd edib ki, sadəcə protokol naminə belə bir görüşə getmək Azərbaycanın mövqeyinə uyğun deyil.