vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AMERİKA  
22:50 | 21 iyul 2014 | Bazar ertəsi Məqaləyə 1399 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama yenə Putini ittiham etdi

«Rusiya prezidenti istintaqın əngəllənməsində birbaşa məsuliyyət daşıyır»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Barak Obama Rusiyanı «Boeing-777»-nin düşdüyü ərazidə beynəlxalq ekspertlərə əngəllər yaradan separatçıları silahlandırmaqda və onlara döyüş təlimi keçirməkdə günahlandırıb. APA-nın «UNİAN»a istinadən verdiyi xəbərə görə, bunu Barak Obama jurnalistlər qarşısında Ukraynanın şərqində «Boeing-777» təyyarəsinin vurulması ilə bağlı çıxışı zamanı bəyan edib.

O Donbasdakı terrorçuların Rusiya ilə sıx əlaqə olduğunu qeyd edib, çünki onlar məhz Rusiyada hazırlanaraq silahlandırılıb. «Rusiyanın terrorçulara çox güclü təsiri var. Rusiya və prezident Vladimir Putin istintaqın əngəllənməsində birbaşa məsuliyyət daşıyır», deyə Putin vurğulayıb.

Barak Obama qeyd edib ki, bu səbəbdən Rusiya və prezident V.Putin separatçıları istintaqla əməkdaşlığa məcbur etməlidir. «Bu onların edə biləcəklərinin ən azıdır. Prezident Putin hərtərəfli araşdırmanın tərəfdarı olduğunu bəyan edir, lakin bu sözlərin arxasında fəaliyyət də olmalıdır. Rusiya təkid etməlidir ki, separatçılar dəlillərlə oynamağa son qoysunlar və ekspertlərə hadisə yerinə girişini tam təmin etsinlər.  Separatçılar və onların rusiyalı himayədarları ekspertlərin təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. Bu gün biz BMT-də məhz bu məsələlər üzərində çalışacağıq», deyə Obama qeyd edib.