vaxtlı-vaxtında oxuyun! Şənbə, 2 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
15:20 | 9 avqust 2014 | Şənbə Məqaləyə 1307 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İrəvan pislərin yaxşısını seçməlidir»

«Ermənistan üçün «yaxşı variantlar» yoxdur»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Ermənistan çox təhlükəli bir dövr yaşayır və bu səbəbdən o, uzunmüddətli addımları əsas götürməlidir, nəinki qısamüddətli». Bu sözləri nüfuzlu amerikalı politoloq Pol Qobl «Amerikanın səsi»nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İrəvan düşdüyü mürəkkəb vəziyyətdən çıxmaq üçün təcili tədbirlər görməlidir: «Bu nöqteyi-nəzərdən Ermənistan üçün «yaxşı variantlar» yoxdur, ölkə pislərin yaxşısını seçməlidir».

Qobl Rusiyanı Ermənistanın dostu saymadığı söyləyib: «Düşünmürəm ki, Rusiya Ermənistanın tərəfindədir. Məşhur ifadə var: Moskva üçün Gürcüstan - yol, Ermənistan - silah, Azərbaycan isə dəyərdir. Rusiya Ermənistandan müstəsna olaraq öz maraqları üçün istifadə edir».

Politoloq Rusiyanın Kremli işğal eləməklə böyük səhvə yol verdiyini deyib: «O mənada ki, indi bütün ölkələr sərhədlərin zorla dəyişdirilməsindən narahatdır. Əgər Ermənistan da eyni yolla gedib Qarabağı ilhaq eləsə, o yeni müharibə və təcridlə üzləşəcək. Ermənistan, daha doğrusu, ermənilər strateji düşünə bilmirlər. Ermənistan bu gün 25 ildən sonra özünü necə gördüyü barədə fikirləşməlidir. Bundan ötrü Qarabağ məsələsi Azərbaycanla anlaşma əsasında həllini tapmalıdır».

Erməni jurnalistin «bu, o deməkdirmi ki, Ermənistan Qarabağı unutmalıdır» sualına ekspert belə cavab verib: «Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində geniş muxtariyyət almalıdır».