«Rusiya Qarabağı qaytarsa...»
«... Azərbaycanın Avrasiya İttifaqına daxil olmasına razı olardınız?»
Rüfanə GÜNƏŞ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Pentaqon qoşun göndərdi
Arktikada ABŞ-Rusiya rəqabəti güclənir
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
Son dövrlər cəbhə bölgəsində baş verən proseslər bəzi siyasi məsələlərin də gündəmə gətirilməsinə səbəb olub. Məsələn, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı münasibəti tamam fərqli aspektlərlə izah edildi. Bəzilərinin fikrincə, Rusiya işğal altındakı torpaqlarımızın geri qaytarılması şərti ilə Azərbaycanın Avrasiya İttifaqına qoşulmasını istəyir. Modern.az saytı Azərbaycanın ictimai-siyasi həyatında fəal olan bəzi tanınmışlara «Əgər Azərbaycanın işğal altında olan torpaqları Rusiyanın vasitəçiliyi ilə geri qaytarılsaydı, Azərbaycanın Avrasiya İttifaqına daxil olmasına razı olardınız» sualı ilə müraciət edib.
Milli Məclisin deputatı Aqil Abbas: «Sual xoşuma gəlmədi. Əvvəla, Azərbaycan öz torpaqlarını azad edəcək. Buna yüz faiz əminəm. Rusiyanın istəyi ilə torpaqlarımızın geri qaytarılması, bunun əvəzində Azərbaycanın Avrasiya İttifaqına qoşulması ehtimalı isə nağıldır. Rusiya Ermənistanın əlinə silah verib bizim torpaqları işğal etdirəndə, biz elə Rusiyanın tərkibində idik. İkincisi, Azərbaycan Rusiya ilə 200 ildən çoxdur güclü tellərlə bağlıdır. Rusiya ilə əlaqələrin əleyhinə deyiləm. Rusiya bizim qonşumuzdur. Bu mənada da Rusiyaya qarşı belə kampaniya aparmağın da əleyhinəyəm. Avropanın, Qərbin fitvasına gedib Rusiya ilə də dava etmək olmaz. Çünki qonşu ilə dava etməzlər. Bizim onsuz da düşmənimiz var. Azərbaycan müstəqil bir dövlətdir. O, hansısa bir ittifaqa daxil olacaqsa, bu, ən sivil ittifaq olmalıdır».
«Ayna» və «Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı: «Rusiya heç bir zaman Qarabağ məsələsinin həllinə razı olmayacaq. Çünki bu problemi yaradan elə Rusiyanın özüdür. Rusiyanın niyyətində, Qarabağ məsələsindən istifadə edərək, Azərbaycanı tələyə salmaqdan başqa heç nə yoxdur. Mən Azərbaycanın bu ittifaqa qoşulmasına heç vaxt razı olmaram. Azərbaycanın bu ittifaqa qoşulmağı, onun müstəqilliyinin məhvi deməkdir. Azərbaycan müstəqilliyini itirəcəksə, elə birdəfəlik gedək Rusiyanın tərkibinə daxil olaq».
«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid: «Mən razı olardım. Hesab edirəm ki, bu torpaqların qaytarılmasının əsas açarı Rusiyanın əlindədir. Azərbaycanın müstəqilliyinə xələl gətirməyəcək hansısa şərtlərlə Avrasiya İttifaqına qoşulmağa razılaşmaq olar. Təki torpaqlar geri qayıtsın. Müharibə özü də böyük maliyyə tələb edir. Azərbaycanın da iqtisadi imkanlarının genişləndiyi bir vaxtda, Rusiya və Ermənistanla dil tapmaq olar. Ermənistanın iqtisadi vəziyyəti getdikcə ağırlaşır. Ola bilsin ki, Rusiyanın Azərbaycanla hansısa uğurlu iqtisadi maraqları var. Hesab edirəm ki, işğal olunmuş torpaqların geri qaytarılması müqabilində bu maraqları təmin etmək olar. Amma siyasi maraqların üzərində hər hansı quruma qoşulmağın, müstəqilliyimizi əldən verməyin qəti əleyhinəyəm».
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə: «Qəti şəkildə razı deyiləm. Sadə səbəbi var. Əgər Rusiya Azərbaycan torpaqlarını Avrasiya İttifaqına bizim qoşulmağımızla geri qaytaracaqsa, sabah bu ittifaqdan çıxmaq və ya Rusiyanın mənafeyinə hər hansı bir halda xidmət etmədiyimiz təqdirdə yenidən geri ala bilər. Biz yenidən sıfır nöqtəsindən başlayarıq və ömür boyu Rusiyaya xidmət etməli olarıq».
Deputat Vahid Əhmədov: «Mən heç vaxt razı olmazdım. Çünki bunlar hamısı Azərbaycanın müstəqilliyinə xələl gətirən amillərdir. Biz müstəqil olaraq fəaliyyətimizi davam etdirməliyik. Azərbaycanın müstəqilliyinin daimi və əbədi olmağını istəyiriksə, daha inamlı addımlar atmalıyıq. Qarabağ məsələsi Rusiyanın, iri dövlətlərin istəyi ilə həll olunan məsələdir. Bu, Azərbaycanın məsələsidir və biz gec-tez öz torpaqlarımızı geri alacağıq. Bəzi saytlarda belə məsələləri qabardırlar. Mən, ümumiyyətlə, belə insanları anlamaq istəmirəm. Azərbaycanın müstəqilliyini istəyən hər bir şəxs bütün bu ittifaqlardan kənarda olmalıdır».
«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu: «Bu məsələ hazırda Azərbaycanın gündəliyində deyil. Hadisələrin inkişaf edib, bu məsələni müzakirəsinə çatmasına qədər, xeyli şərtlər və xeyli müddət lazımdır. Avrasiyaçılıq bu gün bir neçə kontekstdə müzakirə olunur. Rusiyanın avrasiyaçılıq modeli var, ittifaqın tərkibində olan dinamiklərin özlərinin avrasiyaçılıq planı var və s. Bu məsələlər hələ yerinə oturmayıb. Ona görə bu məsələ barədə danışmaq istəmirəm».
Deputat Zahid Oruc: «Çox məşhur rus misalı ilə cavab vermək istəyirəm: «Şeytan o qədər qorxulu deyil, nəinki onu elə qələmə verirlər». İş ondadır ki, bu Avrasiya İttifaqı adı altında fəlakətli mənzərə yaratmağa cəhdlər var. Mən tərəfdar kimi çıxış etmirəm, amma hər bir məsələyə soyuq ağılla yanaşmağın tərəfindəyəm. Bizdə kazarma vətənpərvərliyi deyilən anlayış var. İstənilən məsələyə qarşı coşmaq və onu isterika içərisində qələmə vermək. Açıq deyirəm, burada Qərbin barmağı var. Bizdə Rusiyanın iştirak etdiyi istənilən layihəni iflasa uğratmağa çalışırlar. İstənilən məsələyə riyazi hesablamalarla yanaşmalıyıq. Bizdə istənilən məsələyə tarixi və səthi yanaşma var. Rusiyanın tarixi keçmişi parlaq deyil. Keçmişdəki məsələlərlə hazırkı Rusiyaya qiymət vermək olmaz. Rusiyanın iştirakı ilə ərazilərimiz geri alınarsa, o zaman hansısa siyasi qurumlarda iştirak məsələsinə baxıla bilər».