vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
OLAY  
11:20 | 16 avqust 2014 | Şənbə Məqaləyə 1182 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyada yaşan azərbaycanlılarla bağlı iki xəbər

Bir həmyerlimizi döyən millətçi həbs olundu, digər soydaşımızsa talandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış rus millətçisi Maksim Marçinkeviç haqqında məhkəmə hökmü çıxarılıb. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tesak ləqəbi ilə tanınan millətçi ekstremizm maddəsi ilə ittiham olunur.

Tesakın sosial şəbəkələrdə yüzlərlə videoroliki var. Ətrafına özü kimi millətçiləri yığan bu şəxs Moskvada «reydlər» keçirir, miqrantları, seksual azlıqları elə kamera qarşısında döyüb təhqir edir, sonra çəkilişləri sosial şəbəkələrə yerləşdirirdi. Verilişlərin birində Marçinkeviç Türkmənistanda doğulan, hazırda isə Rusiyada yaşayan Azərbaycan kökənli yazıçı Eduard Bağırovla mübahisə etmişdi. Rusiyanın tanınmış telekanallarının birində birbaşa yayım zamanı onların mübahisəsi əlbəyaxa dava ilə bitmişdi. Qeyd edək ki, Bağırov da Rusiyada qalmaqallı imici ilə tanınır, ruslar haqqında təhqiredici fikirlərin müəllifi kimi məşhurdur.

Tesak sonradan Eduardın evinə soxulub və onu döyüb, təhqir edərək videolentə almışdı. Məhkəmənin hökmü ilə Marçinkeviç 5 il müddətinə azadlıqdan məhrum edilib. Millətçilərin əhatəsindən isə bildiriblər ki, Rusiyada dövlət siyasəti dəyişir. Əgər əvvəllər himayə edilən, cinayətlərinə göz yumulan Tesaka belə cəza verilirsə, demək, bundan sonra rus millətçiləri təqib ediləcək.

 

***

 

Rusiyanın paytaxtında həmyerlimizin avtomobilindən 9 milyon rubl oğurlanıb. KİV-in məlumatına əsasən, quldurlar Moskvada yaşan azərbaycanlı biznesmenin 9 milyon rublunu (300 000 dollar) oğurlayıblar.

Belə ki, işıqforun «qırmızı» işığında dayanan 31 yaşlı şəxsin avtomobilinə hücum edən 4 naməlum şəxs şüşəni sındırıb, silahla onu hədələyərək maşındakı pulları götürüb qaçıblar.

Faktla bağlı cinayət işi açılıb.