«Bank məhkəməyə verilmir»
«Əmrahbank»dan açıqlama: «Anlaşılmazlıq baş verib, klub sadəcə ...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Fankart reklamı» problemi
«Qalatasaray» «Əmrahbank»ı məhkəməyə verir
-
«DÇ tarixinin ən yaşlısı» rekordu qırıla bilər
Qalatasarayın keçmiş oyunçusu adını mundiallar tarixinə yazdıra bilər
-
Oliqarxlardan MB-yə təzyiq
Mərkəzi Bank qərarını dəyişməyə məcbur edilib; kiçik bankların arxasında kimlər durur?
-
“AFFA siyasi təşkilat deyil”
Mikayıl Nərimanoğlu: “Bu, artıq 2014-cü ilə aid olan məsələdir”
«Əmrahbank» «FANKART» məhsulu (bu plastik kart istifadəçilərinə «GS Store» şəbəkəsində xüsusi güzəştlər təklif edilir) ilə bağlı Türkiyənin «Galatasaray» futbol klubu ilə aralarında yaranan anlaşılmazlığa aydınlıq gətirib.
Bankın marketinq direktoru Kamal Eminov «APA-Economics»ə açıqlamasında bildirib ki, «FANKART» məhsulu bankın «Galatasaray» futbol klubunu Bakıdakı uşaq məktəbi ilə birgə layihəsidir: «Məktəbin rəhbərliyi tərəfindən bizə əməkdaşlıq etmək təklifi edildi. Biz isə öz növbəmizdə təklif etdik ki, bankın plastik kartlarına sahib olan müştərilərimiz «GS Store» və klubun Bakıdakı uşaq məktəbindən müəyyən güzəştlər əldə etsin. Razılıq əldə olunandan sonra, biz xahiş etdik ki, klubun bu məsələyə dair rəsmi icazəsi əldə olunsun. Bir müddət sonra klubun Bakıdakı uşaq məktəbinin rəhbərliyi bizə bildirdi ki, klub rəhbərliyi tərəfindən layihənin həyata keçirilməsi üçün razılıq verilib.
Bundan sonra bank uşaq məktəbi ilə müqavilə imzalayıb», - deyə K. Eminov bildirib. Bankın nümayəndəsi bildirib ki, müqavilə imzalanandan sonra «Əmrahbank»ın nümayəndə heyəti Bakıda «FANKART» layihəsi ilə bağlı birgə mətbuat konfransının təşkil olunması üçün «Galatasaray»ın baş ofisinə yola düşüb. «Burada bank nümayəndələri Səlim adlı «Galatasaray» futbol məktəblərinin koordinatoru ilə görüşüb. Səlim bəy «FANKART»ı görəndə çox təəccübləndi. Bank nümayəndələri isə öz növbəsində bildirdi ki, klubun bu layihə ilə bağlı rəsmi icazəsi var. Klub nümayəndəsi isə bildirdi ki, bununla bağlı heç bir icazə verilməyib və kartların satışı dərhal dayandırılmalıdır», - deyə K. Eminov izah edib. O həmçinin bildirib ki, «Galatasaray» klubu «Əmrahbank»ı məhkəməyə verməyəcək: «Türkiyə və yerli mətbuat yazır ki, bankımız məhkəməyə veriləcək. Bu, həqiqəti əks etdirmir. Burada anlaşılmazlıq baş verib. Sadəcə klub plastik kartların satışını dayandırmağı tələb edib».